Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dini ibadət, ayin və mərasimlərə dair tələblər müəyyənləşib
Məscid

Prezident İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklə bağlı qanunu təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, qanunla kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçiriləcək.

Kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərindən və ziyarətgahlardan kənarda yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə təşkil olunacaq.

Xarici ölkələrdə yerləşən və müvafiq din üçün müqəddəs hesab edilən yerlərə ibadət məqsədilə dindarların mütəşəkkil şəkildə ziyarətləri müvafiq dini mərkəzlər (idarələr) tərəfindən həyata keçiriləcək və bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə məlumat veriləcək.

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »