Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: Qarabağda kimlərin qazandığı, kimlərin itirdiyi çox yaxşı bilinir
Rəcəb Tayyib Ərdoğan

Geridə qoyduğumuz otuz ildə Qarabağda yaşanan çətin dövrdə kimlərin əlinə nə keçdiyi, kimlərin qazanclı çıxdığı, kimlərin də itirdiyi çox yaxşı bilinir. Canı yananlar, qanı tökülənlər, acı çəkənlər, maddi və mənəvi olaraq itirənlər ancaq Qarabağda yaşayan insanlardır.

Bizimyol.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 16-da Milli Məclisdə çıxışında bildirib.

Otuz ilin kifayət qədər uzun müddət olduğunu vurğulayan qardaş ölkənin dövlət başçısı deyib: “Otuz il asan deyil. Mənim azərbaycanlı qardaşlarım öz məskənlərindən təəssüf ki, otuz il ərzində qaçqın düşüblər. O torpaqlar işğal altında idi. İşğal altındakı həmin torpaqlar otuz il sonra çox şükür ki, əsl sahiblərinə qovuşdu. Qarabağda otuz ildir davam edən münaqişənin həll olunmamasını seyr edənlər, daha doğrusu, işğalın davam etməsi üçün səy göstərənlər isə daim qazananın tərəfində olublar”.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »