Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şuşa Bəyannaməsi kimləri qıcıqlandırdı…
Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev (Füzuli rayonu, 15 iyun, 2021-ci il)

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfər edib. Prezidentlərin təkbətək görüşündən sonra Qarabağın ürəyi olan Şuşada tarixi “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Siyasi və tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsində qeyd olunur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlib və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub.

İki qardaş dövlətin yeni mərhələyə qədəm qoyması kimləri narahat edəcək? Rusiya bu məsələdən qıcıqlanıb hansısa addımlar ata bilərmi?

Siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-nun suallarını cavalandıran zaman bildirib ki, bu əməkdaşlığın Türkiyə, Rusiya və xüsusilə Azərbaycan üçün çox faydalı tərəfləri var.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Biz bölgədə Rusiya və Türkiyə əməkdaşlığını görürük. Düzdür, bu əməkdaşlıq münasibətlərinin kimlərisə qıcıqlandırdığını da müşahidə edirik. Məsələn, ABŞ, Türkiyənin NATO-dakı bir sıra müttəfiqləri bu əməkdaşlıqdan qıcıqlanırlar.

Hardasa bu əməkdaşlığın nəticəsi idi ki, biz ötən il torpaqlarımızı işğaldan azad edə bildik. Ona görə də mən düşünmürəm ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlərin bu səviyyədə olması, Ərdoğanın Şuşa səfəri, oradan verilən mesajlar və ən önəmlisi iki ölkə müttəfiqliyi ilə bağlı Şuşa Bəyənnaməsinin imzalanması Rusiyanı qıcıqlandıracaq və bu qıcıqlanma nəticəsində hansısa addımlar atılacaq. Çünki bu əməkdaşlıq üçüncü bir dövlətə qarşı, xüsusilə də Rusiyaya qarşı yönəlməyib. Əgər hər hansısa bir dövlət tərəfindən Azərbaycana və Türkiyəyə qarşı təcavüz olarsa, o zaman bu müqavilədəki bəndlər hərəkətə keçəcək.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycanla Rusiya arasında münasibətlər normal səviyədədir və bundan Rusiyanın qıcıqlanıb hərəkətə keçəcəyini, hansısa addımlar atacağına inanmır və inanmaq istəmir.

“Bölgədə Türkiyə, Rusiya, Azərbaycan əməkdaşlıq formatını görürük. Düzdür, bəzi məqamlarda Rusiyadan müəyyən şəxslər, qurumlar, fərdi-siyasi qruplar pozuculuq fəaliyyətlərinə meyl edirlər. İstər Qarabağdakı separatçılara, istərsə də Ermənistandakı revanşist qüvvələrə dəstək vermək anlamında hansısa pozuculuq addımlarına meyl olunur. Amma ümumən götürdükdə, Putin Türkiyə-Rusiya əməkdaşlığı formatını davam etdirir.

Rusiyanın bu bölgə ilə bağlı perspektivi, təhlükəsizliyi Azərbaycan, Türkiyə, Rusiya əməkdaşlığından keçir, nəinki Ermənistan kimi öz sözünə, vədinə əməl etməyən, xain və xilaf çıxan bir dövlətin rəhbətərini dətəkləməkdən”.

Leyla Mirzə

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
››› “Müstəqillik tarixində ən yaxşı parlament bizik”
Son xəbərlər
Bütün xəbərlər »