Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AVRO-2020: Bu gün Bakıda Türkiyə və Uels milliləri qarşılaşacaq
AVRO-2020: Bu gün Bakıda Türkiyə və Uels milliləri qarşılaşacaq

Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda ikinci oyun keçiriləcək.

Saat 20:00-da Bakı Olimpiya Stadionunda A qrupunda iştirak edən Türkiyə və Uels milliləri üz-üzə gələcək.

Qeyd edək ki, A qrupunun 3 matçının Bakıda keçirilməsi nəzərdə tutulub.

İyunun 12-də keçirilmiş ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb. Bundan başqa, Bakı Olimpiya Stadionu iyunun 20-də Türkiyə-İsveçrə oyununa ev sahibliyi edəcək. İyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.(trend)

Son xəbərlər
Bütün xəbərlər »