Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalistlər Füzulidə Aşağı Köndələnçay su anbarında olublar
Köndələn çay su anbarı

Bir qrup jurnalist işğaldan azad olunan Füzuli rayonuna səfər çərçivəsində Aşağı Köndələnçay su anbarında olublar.

Füzulidə olan media nümayəndələrinə anbar, onun texniki göstəriciləri barədə məlumat verilib. Füzuli suvarma sistemləri idarəsinin əməkdaşı Atakişi Babayev deyib ki, su anbarı bizim üçün çox yararlı olacaq. Onun sözlərinə görə, Köndələnçayın üzərində 3 su anbarı var: “Hazırda olduğumuz yer ən böyüyüdür. 9,5 milyon kubmetr su tutumu var, 62 min hektar əkin sahəsinin suvarılması nəzərdə tutulub. Bu su anbarından təkcə işğaldan azad edilən ərazilər deyil, digər ərazilərin də suvarılması nəzərdə tutulur”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfər çərçivəsində Aşağı Köndələnçay su anbarında olublar.

Su anbarı Ümummilli lider Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa olunub. Hazırda anbarların gələcək istismarı ilə bağlı müvafiq göstərişlər verilib.

Qeyd edək kli, jurnalistlərin Füzuliyə səfəri Medianın İnkişafı Agentliyi, AZAL, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA), “Azərenerji” ASC və "Azərbaycan Melorasiya və Su Təsərrüfatı" ASC-nin təşkilatçılığı ilə keçirilir.(apa)

Paylaş »
››› Leyla Şıxlinskaya külli miqdarda borca görə məhkəmə qarşısında
››› “9 aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› Məşhur müğənni Della Mayls Qarabağa aid mahnı oxudu - Video
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
Son xəbərlər
Bütün xəbərlər »