Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 17 iyun, 2021 – Narahatlıqlar keçmişdə qalacaq
Bürclər

Bizimyol.info qoroskop həvəskarlarına 17 iyun, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Parlaq və zəngin bir gündür. Bir çox insanlar hisslərini idarə etməyi bacaracaqlar, əvvəllər çox narahat edən bəzi vacib suallara cavab tapacaqlar. Bundan sonra irəliləmək, başqaları ilə ünsiyyət qurmaq daha asan olacaq. Şübhələr və narahatlıqlar keçmişdə qalacaq, xırda məsələlərə vaxt itirmək istəməyəcəksiniz.

Yeni maraqlı işlər və tapşırıqlar ortaya çıxacaq. Enerjiniz var və hər şeyi bir anda həll etmək istəyəcəksiniz. Çaşqınlıqdan qaçmaq üçün davamlı hərəkət etmək yaxşıdır. Axşam xoş görüşlərlə yadda qalacaq. Uzun müddətdir xəbər tutmadığınız insanlarla ünsiyyət qurmaq fürsəti olacaq.

Qoç - Həmfikir insanlar və müttəfiqlər tapmaq üçün yaxşı gündür. Maraqlarınızı bölüşən insanlarla yaxşı münasibət qurursunuz; həm köhnə tərəfdaşlarla, həm də yeni müttəfiqlərlə ortaq hərəkətlər barədə asanlıqla razılaşa bilərsiniz. Dostlar iddialı planların həyata keçirilməsində həvəslə kömək edirlər.

Bəzi Qoçlar yaxşı sövdələşmələr quracaqlar və ya yeni bir gəlir mənbəyi tapacaqlar. Günortadan sonra vacib maliyyə məsələlərinin həlli üçün əlverişlidir. Ən xırda detalları belə diqqətdən qaçırmayacaqsınız.

Buğa - Tələsməyin. Günün başlanğıcı olduqca çətin ola bilər. Bu zaman kiçik anlaşılmazlıqlar mümkündür, yaxınlarınızla fikir ayrılıqları istisna edilmir. Bəzi Buğalar əvvəllər yaxşı münasibətdə olduqları adamlarla mübahisə edəcəklər.

Zamanla müsbət tendensiyaların təsiri artacaq, vəziyyət daha aydın olacaq. Planlarınıza və prioritetlərinizə qərar verdikdən sonra ən vacib olan məsələlərə diqqət yetirə və uğur qazana bilərsiniz. Sevdikləriniz sizə kömək etməkdən məmnun olacaqlar. Onların sayəsində bütün çətinliklərin öhdəsindən gələcəksiniz. Axşam sizi xoş xəbərlər gözləyir.

Əkizlər - Günün başlanğıcı maraqlı və uğurlu olacaq. Bir çox yeni imkanlar açılacaq, heç birini qaçırmayacaqsınız. Qeyri-adi insanlarla görüşlər mümkündür. Təcrübələrini sizinlə bölüşəcəklər, sizə böyük məsləhətlər verəcəklər və ya lazımi anda kömək təklif edəcəklər.

Günortadan sonra vəziyyət yaxşı olacaq, amma o qədər də səmərəli olmayacaq. Bəzən fiqqətini cəmləmək çətin olacaq, ancaq dostlarınızla söhbət etmək, əylənmək fürsətini qaçırmayın. Bir ev məclisi üçün səbəb olacaq, sevdiklərinizi məmnun etmək üçün bir yol tapacaqsınız.

Xərçəng - Yeni bir işə başlamaq üçün əlverişli gündür. Xüsusilə təxəyyül, ixtiraçılıq və yaradıcılığın tələb olunduğu yerlərdə yaxşı nəticə göstərə bilərsiniz. Bir çox Xərçənglər əvvəllər heç kimin bilmədiyi istedadlarını üzə çıxaracaqlar. Bu, ətrafdakıları xoş anlamda təəccübləndirəcək və maraqlandıracaq. Əvvəllər sizi aşağı qiymətləndirənlər səhv etdiklərini anlayacaqlar.

Gözlənilməz mənbələrdən qazancınız ola bilər. Bəzi Xərçənglər yaxşı sövdələşmələr əldə edə biləcəklər və sərfəli alış-verişlər də istisna deyil. Əsas məsələ odur ki, əyləncəyə əhəmiyyətli məbləğlər pul xərcləməyəsiniz. Bu cür xərclərə görə peşman ola bilərsiniz.

Şir - Planlar qurmaq və qərarlar qəbul etmək üçün yaxşı gündür. Bu gün qarışıq vəziyyətləri həll etmək, hərəkətlərinizin mümkün nəticələrini qiymətləndirmək üçün çox zamana ehtiyacınız yoxdur. Bir çox Şirlərin intuisiyası vacib bir hədəfə gedən ən qısa yolu tapmağa, rəqiblərini geridə qoymağa kömək edəcək.

Günortadan sonra ünsiyyət üçün yaxşıdır. İşgüzar və şəxsi görüşlər yaxşı alınacaq. Ümumiyyətlə, təmasa girməkdən çəkinənlərlə də dil tapa bilirsiniz. Uzunmüddətli əməkdaşlığın başlanğıcı istisna deyil. Bu sizə xeyir verəcək.

Qız - Günün əvvəlində narahat olacaqsınız. Planlarınız pozula bilər və yeni şərtlərə uyğunlaşmaq sizin üçün çətin olacaq. Bəlkə də dərhal doğru qərar vermək mümkün olmayacaq. Xoşbəxtlikdən səhvlərinizi vaxtında görürsünüz və tez bir zamanda düzəldirsiniz. Bəzən köhnə tanışlar bu məsələdə kömək edəcəklər.

Günortadan sonra tamamilə fərqli olacaq - uğurlu və asan alınacaq. Ulduzlar bir çox cəhdlərinizi dəstəkləməyə hazırdır. Çətin bir işi görmək üçün tam uyğun məqamdır. İstədiyiniz nəticəni gözlədiyinizdən daha tez əldə edəcəksiniz.

Tərəzi - Xırda məsələlərə görə ruhdan düşməyin. Səhər o qədər də asan vaxt deyil: bütün işlər vacib görünür və hansısa bir plan uyğun getmirsə, ciddi şəkildə narahat olursunuz. Ancaq müsbət tendensiyaların təsiri hər saat artır, gələcəyə nikbin baxmaq üçün səbəblər də çoxalır. İmtina etmək istəməyəcəyiniz təkliflər almağınız mümkündür.

Günün ikinci yarısı uğurlu təsadüflərlə sevindirəcək. Çoxlu enerji sərf etdiyiniz bir işi uğurla başa vurmaq şansınlz olacaq. Bu dövrdə bir çox Tərəzilər çoxdan gördükləri işlərin haqqını alacaqlar.

Əqrəb - Günün başlanğıcı ünsiyyət üçün yaxşıdır. İnsanlarla ünsiyyət qurmaq, onlara yaxınlaşmaq bacarığınız sayəsində çətin vəziyyətdə olanlara kömək edəcəksiniz. Bir çox Əqrəblər başqalarının səhvlərini düzəltməyi, ədaləti bərpa etməyi bacaracaqlar. Bürcün nümayəndələri nüfuzlu tərəfdaşlar tapacaqlar.

Günün ikinci yarısı çoxdan başladığınız işi uğurla başa vurmaq şansı verəcək. İnanılmaz bir qətiyyət nümayiş etdirirsiniz. Bu xarakteriniz ortaya çıxan bütün maneələri dəf etməyə kömək edir. Şəxsi münasibətlər ahəngdar bir şəkildə inkişaf edir, sevgidə də şanslı ola bilərsiniz.

Oxatan - Başqalarına qarşı daha diqqətli olmağa çalışın. Dəstəyinizə ehtiyacları ola bilər. Sizin də onların məsləhətlərinə ehtiyacınız olacaq. Bir çox məsələləri müzakirə etmək üçün səbr və özünüzü idarə etmək bacarığı lazımdır. Münaqişədən qaçmaq vacibdir. Bir çox Oxatanlar yumor hissinin sayəsində gərginliyi azaltmağı bacaracaqlar.

Günortadan sonra təhsil, analitik və tədqiqat işləri üçün əlverişlidir. İntuisiyanız əsas detalı zamanında vurğulamağa kömək edəcək, ilk növbədə nələrə diqqət yetirməli olduğunuzu izah deyəcək. Nəticələriniz hər zaman doğrudur və başqalarını heyrətləndirir.

Oğlaq - Asan bir gün deyil. Uğura çatmağın ən asan yolu yalnız öz gücünüzə güvənərək səy göstərməkdən keçir. Ətrafınızdakılardan çox şey gözləməyin. Təəssüf ki, sizi dəfələrlə dəstəkləyən etibarlı müttəfiqləriniz də bu gün sizi məyus edə bilər.

Əvvəllər qazandığınız təcrübə faydalı olacaq. Həmçinin əvvəllər əldə etdiyiniz bilikləri də bu gün tətbiq etməli olacaqsınız. Fərq yaratmaq üçün bir yol tapacaqsınız. Çətin vəziyyətdə olan birinə kömək etmək və ya bir növ ailə problemini həll etmək şansınız olacaq. İndi başqalarının həqiqətən nəyə can atdığını təxmin etmək sizin üçün asandır və bu, münasibətlərdə çox şeyləri asanlaşdırır.

Dolça - Gün yaxşı başlayacaq. Birinci yarısı müxtəlif işlər üçün uyğundur. Düzgün qərarlar verəcəksiniz, təxribatlara uymayacaqsınız və hədəfə aparan ən qısa yolu tapacaqsınız. Tamamilə yeni imkanlar açıla bilər; onlardan heç birini qaçırmayın.

Günortadan sonra işdə ləngimələr, bəzi kiçik anlaşılmazlıqlar ola bilər. Ciddi problemlər yaranmayacaq və kiçik çətinliklərlə axşama qədər bunu həll edəcəksiniz. Dostlar bu işdə kömək etməkdən məmnun olacaqlar.

Balıq - Həmfikir insanlar və tərəfdaşlar tapmaq üçün əla bir gündür. Liderlik keyfiyyətləriniz açıq şəkildə özünü göstərəcək, fikirlərinizlə çoxlarına ilham verə və maraqlandıra bilərsiniz. Adətən, tənqidə meylli olan və yalnız başqalarının çatışmazlıqlarını görənlərdə də yaxşı təəssürat yarada biləcəksiniz. Son zamanlar sizi çox narahat edən işlərdə uğurlu bir həll yolu tapılacaq.

Vacib söhbətlər rahat şəraitdə aparıla bilər. Bu gün ənənədən bir az kənara çıxmağı bacara bilərsiniz: yaxşı təsir bağışlayacaqsınız. Bəzi Balıqlar gəlirlərini artırmağın bir yolunu tapacaqlar.

Paylaş »
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› Azərbaycanın yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizə aparırlar - Video
››› Avqustun 2-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »