Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden və Putin arasında keçiriləcək görüşün vaxtı açıqlanıb
Co Bayden və Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Co Bayden arasında əvvəlcədən planlaşdırılmış görüş bu gün Cenevrədə “La Grange” villasında yerli vaxtla saat 13:35-də (Bakı vaxtı ilə 15:35-də) başlayacaq.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən yayılan məlumatda bildirilib.

Protokola görə, yerli vaxtla saat 14: 55-də (Bakı vaxtı ilə 16: 55-də) tərəflər arasında mətbuatın iştirakı olmadan geniş tərkibdə görüş başlayacaq.

Həmçinin, bildirilib ki, iki dövlət başçısının görüşündən sonra mətbuat konfransı keçiriləcək. Lakin Ağ Ev brifinqin başlama vaxtını açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib ki, ikim lider arasında keçiriləcək görüş üşün fasilələr və formatlardakı dəyişikliklər nəzərə alınaraq ümumilikdə təxminən 4-5 saat vaxt ayrılıb.

Paylaş »
››› “Ölmək ölməkdir, normal üsulla ölün” - Ekspertdən qadınlara məsləhət
››› İsrail alimləri koronavirusin qarşısını alan dərman tapıblar
››› Tanınmış telejurnalist həkimi məhkəməyə verdi
››› Yeni qapanmaya doğru qulaqçəkmə əməliyyatı
››› Hökumət 7 aydır tibbi sığorta adı ilə pul yığır, əvəzində heç nə vermir
››› Prezidentdən Nəcməddin Sadıxovun yerinə yeni təyinat: "Orduda islahatlar olacaq"
››› Deputat və ruhanilər öz işini görsəydi...
Son xəbərlər
Bütün xəbərlər »