Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koçaryan: “Azərbaycanı qıcıqlandırmaq yox, danışıqlar üçün qapıları açıq saxlamaq lazımdır”
Koçaryan: “Azərbaycanı qıcıqlandırmaq yox, danışıqlar üçün qapıları açıq saxlamaq lazımdır”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri Ermənistanda böyük məyusluq yaradıb. Portallarda yazılanlar, yerli siyasət adamlarının reaksiyaları da məhz belə təəssürat yaradır. Sanki Ermənistan növbəti böyük zərbəni alıb. Şuşada əhəmiyyətli sənədlərin imzalanması, xüsusən də Naxçıvanı Türkiyənin qarantı altına alan Qars Müqaviləsinin xatırladılması eyni yanaşmanın Qarabağa da aid olması mesajını verib.

Bizimyol.info xəbər verir ki, Ermənistanda Qarabağ savaşında məğlubiyyətdən, Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığını ən yüksək səviyyəyə çatdırmasından sonra daha Dağlıq Qarabağın statusu barədə az danışmağa başlayıblar. Keçmiş prezident Robert Koçaryan da mətbuata müsahibəsində hadisələrin onlar üçün arzuolunmaz istiqamət almasından bəhs edib.

Sabiq dövlət başçısı hələ müsahibənin əvvəlində Ermənistanın aktiv əməliyyatların gedişində nəyisə dəyişmək iqtidarında olmadığını deyib. Onun fikrincə, lap qondarma respublikanın müstəqilliyin tanımaq da vəziyyəti dəyişməyəcəkdi.

“İnanmıram ki, çox fərq olacaqdı. Biz Dağlıq Qarabağın müstəqilliyini açıq savaşa təşviq etməmək üçün tanımırdıq. Görün, hakimiyyət nə etdi? Hakimiyyət məsələni öz müqəddəratını təyin etməkdən Azərbaycanın ərazi bütövlüyü müstəvisinə gətirib çıxardı. Anlayaraq və ya axmaqlıqdan – bunun təfərrüatına varmayacağam. Bunu etməklə həm də Azərbaycanın hərbi əməliyyatları legitimləşdirildi”.

Koçaryan bildirib ki, Ermənistan heç bir halda Azərbaycanı qıcıqlandırmalı deyildi. Sabiq dövlət başçısı böyük siyasi səhvə yol verildiyini düşünür.

“Şuşada andiçmə mərasimi keçirmək lazım deyildi. Başa düşürdülər ki, Şuşa çox həssas mövzudur. Elə şeylər var ki, heç vaxt tapdayıb üstündən keçməməlisən. Əks halda danışıqlarla nəyəsə nail olmağa ümid saxlamırsan. Mən də, məndən əvvəlki və sonrakı prezidentlər də şüarlarla alqışlar qazanmağa cəhd göstərə bilərdi”.

Koçaryan deyib ki, Nikol Paşinyandan əvvəl hakimiyyətdə olmuş şəxslər ictimaiyyətin diqqətini çəkməkdənsə məntiqlə hərəkət etməyə üstünlük verirdi, Azərbaycanla danışıqlar prosesi üçün istənilən halda qapıları açıq saxlamaq lazımdır. Koçaryan Ermənistanın buna qədər onsuz da güzəştə getmək fikrində olduğunu söyləyib. Onun fikrincə vəziyyəti ölkə üçün faciəli sonluğa gətirib çıxarmağa gərək yox idi, Azərbaycanı qıcıqlandırmaq isə darmadağını qaçılmaz edib.

Son xəbərlər
Bütün xəbərlər »