Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”
Putin: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar”

Ukraynanın Avroatlantik zonaya inteqrasiya istəyi Rusiyanın ürəyincə deyil. Xüsusilə Vladimir Zelenskinin prezident seçilməsindən sonra Kiyev NATO-ya üzvlük haqda daha inamlı danışmağa başlayıb. Kreml isə NATO-nun öz sərhədlərinə yaxınlaşmasını istəməzdi.

Bizimyol.info xəbər verir ki, Zelenski “sosial şəbəkə hesabında Ukraynanın hərbi alyansa üzv olmağa hazırlaşdığını yazıb. NBC telekanalına müsahibə verən Rusiya prezidenti Vladimir Putin bundan narahatlığını gizlətməyib. O, NATO-nu prinsipləri pozmaqda günahlandırıb. Putin hərbi alyansın razılaşmanı pozaraq Şərqi Avropada genişlənmə siyasəti apardığını bildirib.

Simmonsun “Harada yazılmışdı ki, genişlənmə aparılmayacaq?” sualına Rusiya prezidenti belə cavab verib: “Afərin sizə! Bizi uşaq kimi aldatdılar. Hər şey kağızda əksini tapmalıydı. Qorbaçov sağdır, ondan soruşa bilərsiniz. Şifahi də olsa, söz vermişdilər ki, NATO Şərqə doğru genişlənməyəcək”.

Jurnalistin Rusiyanı özünü aqressiv aparmasıyla bağlı ifadəsi də Putinin xoşuna gəlməyib: “Nədir, SSRİ dağılandan sonra da Rusiya ABŞ və Avropa üçün təhlükədir?”

Zelenski öz sosial şəbəkə hesabında NATO-nun Ukraynanı üzvlüyə qəbul etmək istəyini yüksək qiymətləndirdiyini yazmışdı. Dövlət başçısı ölkəsinin Avroatlantik zonada təhlükəsizliyi təmin etmək məsələsindəki rolunu xüsusi vurğulamışdı.

ABŞ prezidenti Co Bayden də Ukraynanın NATO-ya üzvlük vaxtının yetişdiyini deyib. Onun fikrincə, Donbass hadisələri bu məqsədə heç bir halda mane ola bilməz. NATO-nun açıqlamasında Ukrayna ilə bərabər Gürcüstanın da adı çəkilib. Amma ölkələrin konkret nə vaxt bu hüququ əldə ediləcəyi qeyd olunmayıb.

NATO-nun əsası 1949-cu ildə qoyulub. Abbreviaturanın açılışı “Şimali Atlantika Sazişi Təşkilatı” anlamına gəlir. 62 il əvvəl ABŞ, Böyük Britaniya, Fransa, Belçika, Danimarka, İtaliya, Kanada, Niderland, İslandiya, Norveç, Lüksemburq və Portuqaliya alyansa üzv olub. 1952-ci ilin fevralında Yunanıstanla yanaşı, Türkiyə də NATO-da yer almaq hüququ qazanıb. İndi təşkilatın 30 üzvü var. Ukraynadan başqa, Gürcüstan ilə Bosniya və Herseqovina da alyansa üzv olmaq niyyətindədir.

Son xəbərlər
Bütün xəbərlər »