Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Prezidenti Şuşadan Ermənistana çağırış edib
Rəcəb Tayyib Ərdoğan

“Atəşkəs anlaşmasından sonra bütün tərəflər arasında yeni əməkdaşlıq imkanları yaranıb. Azərbaycanlı qardaşlarımızın bu məsələdəki səmimiyyətlərinə yaxından şahidik. Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistan ona uzadılan bu xoş niyyət və həmrəylik əlini tutmalı, ortaq gələcəyi birlikdə qurmaq fürsətindən yaxşı istifadə etməlidir.

““3+3” əməkdaşlıq platformasını irəli sürdük. “3+3” platformasında Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın iştirakı nəzərdə tutulur. Bu platforma ilə birlikdə bölgənin sülh içərisində yaşamasını istəyirik. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Hörmətli Vladimir Putin də bu cür fədakarlığa hazırdır. Bu məsələdə atılacaq addımlarla bölgədə sülh bərqərar olunacaq. Bu tarixi fürsətin gerçək olmayan həvəslər, çıxışlar və əməllərlə qaçırılmaması ən böyük diləyimizdir. Bölgədə yeni vəziyyətə fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən vaz keçərək sülh və əməkdaşlığı təşviq etməsi şərtdir. Belə bir iqlim formalaşdıqda Ermənistanla əlaqələrin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə söyləyirik. Bu ümidverici prosesin Azərbaycanla Ermənistanın imzaladıqları atəşkəs bəyanatını əhatəli bir sülh anlaşması ilə taclandıracağı halda çox daha sağlıqlı davam edəcəyinə inanırıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »