Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın ikinci tarixi qələbəsi
Azərbaycanın ikinci tarixi qələbəsi

Azərbaycanın, Türkiyənin, bölgənin yeni tarixi yazılır. Şuşa bəyannaməsi, heç şübhəsiz, bu tarixin ən maraqlı və mühüm səhifələrindən biri oldu.

Əvvəla, müttəfiqlik haqqında bu sənədin Şuşada imzalanması tarixi və rəmzi məna daşıyır; Türkiyə Azərbaycanın Qarbağda əldə etdiyi hərbi uğurların qarantı olduğunu bu sənədlə rəsmiləşdirdi. Sənəddə Qars müqaviləsinə istinad da bu baxımdan təsadüf deyil; Türkiyə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın tərkibində necə qarantıdırsa, eynisinin Qarabağ üçün də keçərli olduğunu vurğulamış oldu.

İkincisi, iki ölkə arasında qarşılıqlı hərbi yardımlaşma tarixi Şuşa bəyannaməsi ilə hərbi müttəfiqlik səviyyəsinə qaldırıldı; tərəflərdən birinə qarşı hərbi təcavüz cəhdi olarsa, o biri tərəf də müttəfiqi ilə birlikdə o cəhdin qarşısını alır. Bu, faktik olaraq iki dövlətin ordularının vahid orduda birləşməsi deməkdir. Yəni hər iki dövlət müstəqilliyini saxlamaqla, belə demək mümkünsə, hərbi konfederasiyaya gedir. "Diplomatik konfederasiya" çoxdan var; hər iki ölkənin xarici siyasəti vahid hədəflərə vurur. Bir-birini bütün beynəlxalq platformalarda qeyd-şərtsiz dəstəkləyirlər, bundan da daha çoxu: eyni mövqedən çıxış edirlər Bunun bariz nümunələrindən biri Ermənistan prezidentinin Davos sammitində Türkiyənin əleyhinə çıxış edərkən Azərbaycan Prezidentinin onu susdurmasıdır. İlham Əliyev: "Türkiyə nümayəndəsi burada yoxdur, mən varam" demişdi. Eyni qaydada Türkiyə də Azərbaycanın maraqlarını müdafiə edib. Ordular, diplomatiyalar birləşib, bu, artıq vahid güc deməkdir. Şuşa bəyannaməsi ilə Türkiyənin demək istədiyi budur ki, Azərbaycana qarşı hərbi təcavüz olarsa, artıq təcavüzkar öz qarşısında Azərbaycan əsgəri ilə yanaşı Türk əsgərini də görəcək. Bu, çox mühüm bir müddəadır. Azərbaycan NATO üzvü deyil, ancaq bir NATO ölkəsinin (Alyansda ikinci ən güclü ordunun) hərbi təminatı altındadır. Bu, Azərbaycanın çox böyük uğurudur.

Üçüncü mühüm məqam, nəqliyyat-kommunikasiya dəhlizləri ilə bağlıdır. Şuşa Bəyannaməsində Cənub Qaz Dəhlizinin təhlükəsizliyi məsələsi, təbii ki, bir daha vurğulanıb. Ancaq sənəddə "Zəngəzur dəhlizi" ifadəsinin yer alması daha böyük anlam daşıyır. Həm də bu, "Azərbaycanla Türkiyəni birləşdirən dəhkiz" anlayışı ilə ifadə olunur. Tərəflər bunu vurğulamış oldu ki, Ermənistandan bu dəhlizi istənilən halda alacaqlar; rəsmi İrəvan ə 10 noyabr Moskva bəyannaməsi ilə üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirmək zorundadır. Bu dəhliz Azərbaycanla Türkiyəni coğrafi və iqtisadi baxımdan tam birləşdirir. Beləliklə, Türkiyə bölgəyə təməlli gəlişinin prezentasiyasını etmiş oldu. Prezidentlər Olham Əliyev və Rəcəb Tayyip Ərdoğan Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq, müttəfiqlik menasibətlərini bu tarixi sənədlə mümkün olan ən üst səviyyəyə qaldırdılar. Bu, faktiki 44 günlük müharibədən sonra ikinci tarixi qələbədir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »