Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın “gizli əli” Almaniyada siyasi səhnəni qarışdırıb
Berlin, Almaniya

Rusiya ilə Qərb arasında münasibətlərin gərginləşməsi davam edir. Yaxın gələcəkdə yaxşılaşma gözlənilmir. Əksinə, münasibətlər az qala soyuq savaş həddinə çatıb.

Rusiya daha çox Qərbdə casus şəbəkəsi qurmaqda ittiham olunur. Bizimyol.info bununla bağlı xarici mətbuata istinadən bir neçə yazı təqdim edib. “The Times”ın növbəti yazısında da Rusiyanın Avropadakı casus şəbəkəsinin, təbliğat maşınının böyük ölkələrin siyasi səhnəsinə necə müdaxilə etməyə çalışmasından danışılır.

Yazının əvvəlində Kremlin Almaniya ərazisində istəyini necə rahat həyata keçirməsindən bəhs olunub. Rusiya kəşfiyyatı, dezinformasiya şəbəkəsi, lobbi kampaniyaları Avropa dövlətində arzusuna böyük mənada çatır. Buna nümunə kimi Berlin parkında çeçen fəalın “aradan götürülməsi”, Bundestaqa kiberhücumlar seriyası, ölkə boyu saxta məlumatların yayılması göstərilib. Yazılıb ki, Putin üçün çox əhəmiyyəti olan “Şimal axını-2” layihəsinin dəstəklənməsi müşahidə edilir. Halbuki ortada çoxlu mübahisəli məsələlər var. Hiss olunur ki, Kreml burada istəyinə çatmaq üçün hər şeyə əl atır. Layihənin əleyhinə çıxan Yaşıllar Partiyasının namizədinə atılmayan şər qalmayıb. Moskvanın gizli əli Almaniya siyasətinə bu dərəcədə rahatlıqla qarışa bilir.

Konstitusiyanın müdafiəsi üzrə federal xidmətin rəhbəri Tomas Xaldenvanq  “Welt am Sonntag”a müsahibəsində Moskvanın casus şəbəkəsi sayəsində siyasi qərarlar verənlərə təsir imkanlarından danışıb. Qurumun 61 yaşlı prezidenti son dəfə soyuq savaş vaxtı bunun müşahidə olunduğunu deyib.

Almaniya Xarici Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kal da təxminən belə ifadələr işlədib. BND-nin 58 yaşlı prezidenti Rusiya və Çinin müxtəlif vasitələrlə Qərb ölkələrinin bir-biri ilə arasını vurmağa çalışdığını bildirib.

“The Times” yazır ki, Angela Merkel həmişə balanslı siyasətin tərəfdarı olub. Yəni kansler münaqişələrdən qaçıb, daha çox ölkə ticarətini qorumağa çalışıb. Merkel dialoqlar körpüsünü də yandırmaq istəməyib. Xüsusilə Suriya, Liviya, enerji və iqlim dəyişikliyi mövzuları kansler üçün həssas olub.

Avropa İttifaqının hesabatında Rusiyanın təsir imkanlarının getdikcə böyüməsindən bəhs edilir. Fransa hətta Kremlin xüsusi şəbəkəsi sayəsində yayılan saxta xəbərlərə qarşı dəstə yaratmaq qərarına gəlib.

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Deputatdan şillə-təpikli "təşəkkür"
››› Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb
››› Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
››› Deputat Eldəniz Səlimov polisi döyüb - DİN hadisəni təsdiqləyib
Son xəbərlər
Bütün xəbərlər »