Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa qarşı 3-cü doza da vurula bilər
Koronavirusa qarşı 3-cü doza da vurula bilər

Ölkəmizdə koronavirusa yoluxma halları və bu səbəblə ölüm faktlarının azalması ürəkaçandır. Amma təhlükə tam sovuşubmu, karantin tədbirlrinin yumşaldılmasından sonra yenidən qorxulu kabusla üz- üzə qalacağıqmı? Bizimyol.info-nun sualını cavablandırna həkim Adil Qeybulla qeyd edib ki, bizdə azalmalar qeydə alınsa da, ÜST hələ təhlükənin davam etdiyini deyir.

“Hindistandan yayılmış delta ştammı artıq Britaniyada da üzə çıxıb.Dördüncü mərhələnin yaşanması ilə bağlı narahatlıqlar var. O baxımdan arxayınlaşmaq olmaz. Müəyyən sabitləşmədən istifadə edib yeni formatda toylara icazə vermək olar. Yas mərasimlərində olduğu kimi toy mərasimlərində də yeni streotiplərin yaranmasına səbəb olardı və bu heç də pis olmazdı. İnsanların sıx toplaşdığı çimərlik, restoran, kafe kimi yerlərdə ehtiyatlı davranmağa davam etmək lazımdır. Vaksinləşməni sürətləndirmək lazımdır ki, payıza qədər əhalinin 75 faizi vaksinasiya ola bilsin. Buna nail ola bilsək, qarşıda pis sürprizlər olsa belə biz bunun içərisindən az ölümlə çıxa bilək. Biz Cənubi Qafqazda vaksini ilk gətirən və ilk başlayan ölkəyik. Artıq ölkəmizdə 4 vaksindən istifadə etmək mümkündür. Sputnik- V, Coronavak, Pfizer/BioNTech, AstraZeneca.

Son günlər tez- tez bu sual verilir. “Üçüncü doza peyvəndləmə mümkündürmü, ehtiyac varmı?”

Biz ÜST-ün qeydiyyatından keçmiş vaksinləri əldə edə bilsək əhalinin kütləvi şəkildə üçüncü dəfə vaksinləşməsini edə bilərik Yəni III doza mümkündür. Rusiyadada aparılmış tədqiqatlar birmənalı şəkildə göstərdi ki, bu vaksinlər nəsilartırma qabiliyyətinə mənfi təsir etmir, vaksin sadəcə immun sistemini qıcıqlandırıb xəstəliyə qarşı hərəkətə keçməyə məcbur edir”_ deyə doktor qeyd edib.

Ölkədəki özəl klinikalarda COVİD-19 koronavirusuna qarşı peyvənd olunmaq istəyən vətəndaşlarımızdan müxtəlif müayinələr üçün pul alınması barədə yazmışdıq.

Özəl klinikalar isə deyirlər ki, hər şey qanunidir, müayinə pulludur, istəmirlərsə peyvənd etdirməsinlər, pul peyvənd üçün yox, müayinə üçün alınır.Bu bir az bənzədi Molla Nəsrəddinin öküz satmağına . Kişi and içibmiş ki, itmiş öküzünü tapsa 3 manata satacaq, amma öküzü tapıb satmaq zamanı gələndə pişiyi də öküzün quyruğuna bağlayır, deyir bunlar ayrı yaşaya bilmirlər, öküz 3 mnanat, pişik 300 manat.

Özəl klinikalarda peyvənd olunmağa getmiş vətəndaşları guya "qaydalara əsasən gərəkli olan" pullu müayinəyə vadar edirlər. Halbuki peyvənd vurdurmaq, yəni vaksinasiya üçün belə müayinələr əsla vacib deyil və tibbi prosessual protokolun tərkib hissəsi deyil.

Peyvənd olunmağa getmiş vətəndaşın hansısa "ilkin müayinə"yə vadar edilməsi Azərbaycan qanunvericiliyinə görə, "xidmətdən yararlanmağa məcbur edilmək" sayılır. Bu isə qanunsuz əməldir. Peyvənddən öncə yalnız təzyiqin olub olunmadığı yoxlanılır. Peyvənddi pullu edə bilmədikləri üçün bu minvalla pul qazanmağa çalışırlar.

Əhalinin vaksinasiyası üçün sərf olunan vaxt və əmək üçün özəl klinikalara dövlət dəstək verir. Vaksinasiya məsələsində dövlət və özəl klinikalar arasında heç bir fərq yoxdur, ola da bilməz.

Sadəcə, dövlət özəl klinikaların xidmətlərindən COVİD-19-a qarşı vaksinasiya prosesini sürətləndirmək üçün istifadə edir. COVİD-19 koronavirusuna qarşı vaksinasiyanın miqyası baxımından postsovet ölkələri arasında lider mövqe tuturuq. Dövlətimiz bu işə yüz milyonlar ayırıb, prosesi pulsuz edib: səbəb, vətəndaşın sağlamlığının, rifahının ön planda olmasıdır.

Sırf koronavirus vksinlərinin pasportu məsələsi isə ayrıca bir problemdir. Avropa Parlamenti deyir ki, Sinovac və Sputnik V vaksin deyil, duzlu sudur. Parlament "Vaksin Pasportu" qanununu təsdiqləyib.

Qanunda tanıdığı vaksinlər bunlardır: Pfizer/BioNTech, AstraZeneca, Moderna və Johnson & Johnson.

Avropa Parlamenti tərəfindən tanınan vaksinlər dünya səviyyəsində də tanınacaq. Və böyük ehtimal, Vaksin pasportu üçün əsas olacaq. "Sputnik V" və "Sinovac" vaksinləri tanınmır. Böyük Britaniya da eyni mövqeni bölüşür.

Bəs bu qədər azərbaycanlı neyləməlidir? III doza vaksin söhbəti bir az da Avropa Parlamentinin bu qərarı ilə bağlı olmasın?

Milli Məclisdə koronavirus pasportlarının verilməsi məsələsindəki anlaşılmazlıqlar müzakirə olunsa da, yekun qərar verilmədi. Allergiyası olanlar, müxtəlif səbəblərdən bu vaksini vurdura bilməyənlər çaşqın vəziyyətdədirlər. Üstəlik, hazırda tətbiq edilən Rusiya və Çin vaksinlərinin sırf siyasi səbəblərdən blok “yeməsi” məsələsini də hansısa müqavilə çərçivəsində tənzimləmək olar. Yoxsa dünyanın bu virus və vaksin oyunu müxtəlif formalarda hələ çox davam edəcəkmiş kimi görünür.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »