Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ərdoğanın səfəri Türkiyə ilə Azərbaycanın regionu birlikdə dizayn etdiklərini göstərir”
“Ərdoğanın səfəri Türkiyə ilə Azərbaycanın regionu birlikdə dizayn etdiklərini göstərir”

Türkiyə prezidenti Ərdoğan NATO sammitindən bir başa Azərbaycana səfərə gəldi. Dünən NATO sammitində səslənən mesajların bu günkü görüşə də aidiyyəti var.Türkiyə bölgədə kollektiv Qərbin əsas tərəfdaşı kimi qəbul olunub və ehtimal edilir ki, ABŞ və NATO-nun Cənubi Qafqazda , eləcə də regiondakı təmsilçisi Türkiyə olacaq. Türkiyənin ən yaxın müttəfiqi olaraq bu bizim üçün gözəl xəbərdir. Biz nə Ermənistanın, nə də Gürcüstan. Azərbaycan artıq özü oyunçudur və Qərb bizimlə də hesablaşır. Biz çox önəmli bir tarixi mərhələyə qədəm qoymuşuq.

Politoloq Nurlan Qələndərli Türkiyə prezidentinin Azərbaycana səfərini Bizimyol.info-ya şərh edərkən qeyd edib ki, bu səfər iki ölkənin sarsılmaz birliyini ifadə etməklə yanaşı böyük siyasi mesajlar da verir.

“Üç onillik ərzində regionda təhlükəsizliyə ciddi təhdidlər yaradan, separatizmə rəvac verən Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Azərbaycan 44 günlük müharibədə qəti qələbə qazanaraq Ermənistanı onun üçün kapitulyasiya aktı sayılan Üçtərəfli Bəyanatı imzalamağa məcbur etdi, münaqişəni həll etməklə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasına nail oldu. Artıq bölgədə yeni geostrateji situasiya mövcuddur”.

Nurlan Qələndərli Nurlan Qələndərli

Nurlan Qələndərlinin sözlərinə görə, postmünaqişə mərhələsində Azərbaycanın təşəbbüsləri əsasında yeni layihələrin gerçəkləşdirilməsi həm region dövlətləri, həm də güc mərkəzləri üçün əhəmiyyətli siyasi və iqtisadi dividendlər vəd edir: “Əlbəttə, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı faktor kimi çıxış edir. İnkaredilməz həqiiqətdir ki, dostluğa, qardaşlığa və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir. İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu və möhkəm təməllərə əsaslandığını bir daha bütün dünyaya nümayiş etdirdi. İki ölkə, sözün əsl mənasında, yeni bir dostluq və qardaşlıq dastanı yazdı, tarixi salnamə yaratdı. Heç şübhəsiz, postmüharibə dövründə yaranmış yeni reallıqların fonunda Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və çoxtərəfli əməkdaşlığın təmin olunması baxımından strateji önəm kəsb edir. İki ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı faydalı işbirliyinin dərinləşməsində, strateji inteqrasiyanın daha intensiv xarakter almasında vacib rola malikdir”. Politoloq qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə gəlişi, o cümlədən işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri həm siyasi-strateji, həm mənəvi baxımdan mühüm əhəmiyyətə malikdir, eyni zamanda, böyük rəmzi məna daşıyır:

“Bu, Vətən müharibəsində ölkəmizə güclü mənəvi-siyasi dəstək göstərən Türkiyə ilə Azərbaycanın sarsılmaz birliyi və həmrəyliyinin ifadə olmaqla yanaşı, iki dövlətin birgə addımlayaraq regionun strateji gələcəyini birlikdə dizayn etdiklərini göstərir”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »