Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”
Ərdoğanın Şuşa səfərinin nəticəsi nə olacaq: “Biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik”

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan iyunun 15-də Azərbaycana rəsmi səfərə gəlib. Türk mediasının verdiyi məlumata görə, rəsmi səfər çərçivəsində Ərdoğan Şuşa şəhərinə gedəcək və Şuşada onu Azərbaycan Prezidenti İlham Əliyev rəsmi mərasimlə qarşılayacaq. Prezidentlərin təkbətək görüşündən sonra, Ərdoğan imza mərasiminə və ortaq mətbuat konfransına qatılacaq. Daha sonra isə şəhər turuna çıxacaq.

Qeyd edək ki, ötən həftə Ərdoğan Azərbaycan səfəri ilə bağlı açıqlama verərək bildirmişdi ki, azərbaycanlı həmkarı İlham Əliyevlə Şuşada "irimiqyaslı" müqavilə imzalayacaqlar.

“Türkiyə prezidentinin bu bölgəyə səfəri Şuşa işğal edildikdən sonra ilk xarici ölkə prezidentinin səfəridir. Yəni, bu bir leqallaşdırma anlamına gəlir. Başqa formada Türkiyə hərbi varlığının Qarabağda inşa olunması deməkdir”.

Bu fikirləri siyasi şərhçi Əziz Əlibəyli Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Onun sözlərinə görəBu səfər Qarabağ məsələsini tam bitirəcək.

Əziz Əlibəyli Əziz Əlibəyli

“Təbii ki, Rusiya sülhməramlıları ilə bağlı gedişatda da narahatlıqlar var. Bunlar da öz əksini tapacaq.

Rusiya, Azərbaycan, Türkiyə arasındakı 100 il əvvəlki Qars müqaviləsi ilə bağlı baxışları yeniləməyə ehtiyac var idi. Qars müqaviləsindən sonra bir çox əraziləri itirmişdik. Türkiyənin vasitəsi ilə Naxçıvanı saxlaya bilsək də, Qarabağ bölgəsi işğal olunmuşdu. Artıq 100 il sonra yeni bir Qars müqaviləsinə ehtiyac var. Yeni Qars müqaviləsində Azərbaycan 100 il əvvəlki kimi zəif yox, əksinə, diktə edən tərəflərdən biridir və biz fərqli şərtlərlə Qars müqaviləsi gözləyirik.

Türkiyə prezidentinin Qarabağa səfəri Ermənistanın özündə çox maraqlı nəticələr doğurub. Onlar Qars müqaviləsinin qüvvədən düşdüyü, Qarsın və Naxçıvanın Ermənistana birləşdirilməsi ilə bağlı iddilar qaldırıblar. Amma əslində Ermənistanın özünün varlığı təhlükə altındadır və müzakirə olunur”.

Siyasi şərhçinin sözlərinə görə, Türkiyənin Qarabağda statusunun olması, mövcudluğu, bölgənin inkişafı ilə bağlı ciddi addımların atılmasını özündə şərtləndirir.

“Buraya yenidənqurma, iqtisadi məsələlər, bölgənin inşa olunması, müasir yaşayış mərkəzlərinə çevrilməsi, smart kəndlərin qurulması, dəhlizlərin açılması və müxtəlif bölgələr üzrə böyük layihələrin icra olunması, effektiv şəkildə lojistikanın həyata keçirilməsi, müasir standartlara uyğun hava limanlarının inşa edilməsi daxildir”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »