Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…
Maska istehsalı çoxaldı – Yeni dalğa gözlənilirmi…

İyun 14-də Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin yanvar-may aylarında Azərbaycanda 12,4 milyon ədəd tibbi maska istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 dəfə çoxdur. İyunun 1-nə ölkədə 2,8 milyon ədəd maska ehtiyatı olub.

Bu cəmiyyətdə sual doğurub. Belə ki, onlar maska ehtiyyatının bu qədər olmasının koronavirusun növbəti dalğasının gələcəyi ilə əlaqələndirirlər. Bundan əvvəl isə brifiqlərdə epidemioloji vəziyyətdən asılı olaraq yoluxma sayı artacağı təqdirdə yenidən qapanmalara gediləcəyi istisna edilmədi.

Həkim Samir Əsgərov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, indiki mənzərəyə, ölkəmizdə insanların davranışlarına baxdıqda növbəti dalğanın gəlməsini düşünmür.

Samir Əsgərov Samir Əsgərov

“İnsanlar qaydalara daha çox riayət edirlər. Virus yeni yayılan zaman qorunma tədbirlərinə riayət etmir, buna əhəmiyyət vermirdilər. Ölüm sayları artdıqca, insanlar bu virusun nə dərəcədə ağır olması ilə tanış olduqdan sonra gigiyenik qaydalara əhəmiyyət verməyə başladılar.

Üstəlik, havalar isinib və yüksək temperatur altında virus özü məhv olur. Bu da bir amildir. Günəş şüasının birbaşa düşdüyü yerdə virus bir neçə saniyədən bir neçə dəqiqəyə kimi aralıqda məhv olur. Yüksək temperaturlarda virus öz gücünü azaldır. Bu, sübut olunub. Keçən mövsumdə virus yeni yaranırdı və ölkələrdən qaynaqlanma var idi. Yəni, bir insanın dərman terapiyası ilə sağaltmaqda zəif idi, məlumat az idi.

Getdikcə qidalanma faktoru yaxşılaşdı, vaksinasiya sürətləndi. Hazırda isə yoluxanların sayı azalmaqdadır. Bu da onu göstərir ki, dördüncü dalğa gözlənilmir”.

Qeyd edək ki, iyun ayının 14-nə olan statistikaya əsasən, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb, 119 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 196 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 328 699 nəfər müalicə olunaraq sağalıb, 4 955 nəfər vəfat edib, aktiv xəstə sayı 1542 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5074, ötən müddət ərzində isə ümumilikdə 3 627 573 test aparılıb.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »