Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib
Qardaş qardaşa qonaq gəlir, Şuşa dağları al geyinib

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana çoxdan gözlənilən səfəri baş tutub.

Ərdoğan hazırda Bakıdadır, o bu gün Füziliyə, oradan da Şuşaya səfər edəcək. Ərdoğan işğaldan azad olunmuş ərazilərə səfər edən ilk xarici dövlət başçısıdır. Qarabağa səfər edən ilk xarici ölkə prezidentidirdir.

Bununla da Şuşa diplomatik protokola salındı. Diplomatik protokolda hər bir dövlətin rəmzlərinə hörmətlə yanaşılması birbaşa dövlətin suverenlik hüququna hörmətin təzahürüdür. İkinci tərəfdən dövlətin bərabərhüquqlu olduğu diplomatik protokolun demək olar ki, əksər elementlərində təsbit olunur.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada rəsmi mərasimlə qarşılayacaq. Şuşada Türkiyə və Azərbaycan arasında ikitərəfli və çoxmiqyaslı sazişin imzalanması və bir sıra vacib bəyanatların verilməsi gözlənilir. Aramızda həlli vacib olan gömrük, ticarət, yük və sərnişin daşımaları olə bağlı problemlərin də çözülməsi bu səfərdən asılıdır.

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev

Ərdoğanın hazırkı səfəri işğaldan azad olunmuş Azərbaycan ərazilərində olan ilk xarici ölkə prezidenti kimi çox əhəmiyyətli və təqdirəlayiqdir.

Şuşa səfərindən öncə R.T.Ərdoğan C.Baydenə Əfqanıstan problemini Pakistan və Macarıstan ilə birlikdə, həm də Taliban ilə qarşılıqlı əlaqədə həll edə biləcəyini deyib. Söz yox ki, bu açıqlama Kremli bir xeyli əndişələndirmiş olacaq. Bununla yanaşı, Türkiyə lideri Baydenə Türkiyənin öz qiymətini yaxşı bildiyini anladan mesajlar verib:

"Hamı bilir ki, Atlantik məkanının təhlükəsizliyi bizdən asılıdır". Bu o deməkdir ki, Türkiyə ABŞ-a “şərqdəki gücünüz bizik”. Avropaya başa saldı ki, “sizi biz qoruyuruq”,  NATO-ya “əsas gücünüz bizik” mesajını ötürmüş oldu.

Cıdır düzü bayram havasındadır. Al rəngli türk bayraqarı yaşıl çəmənlərdə lalələr kimi  gözəl görünür.

Ola bilər ki, gələcəkdə Şuşa təkcə Azərbaycanın deyil, bütün türk dünyasının "mədəniyyət paytaxtı" olsun, Şuşa səfəri belə revanşistlərə tutarlı cavabdır – bu, Türkiyə hər zaman Azərbaycanın yanındadır deməkdir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »