Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: "NATO-nun Rusiya təlimləri ilə bağlı narahatlığını başa düşə bilmirəm"
Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin NATO-nun Rusiya ərazisindəki hərbi təlimlərlə bağlı narahatlıqlarını başa düşmədiyini bildirib.

Bu fikri o, ABŞ-ın “NBC” telekanalına verdiyi müsahibəsində səsləndirib. Müsahibənin mətni Kremlin saytında yerləşdirilib.

“Bəs NATO-nu şərqə doğru genişləndirmək, infrastrukturunu sərhədlərimizə qədər yaxınlaşdırmaq nəyə lazım idi? İndi də deyirsiniz ki, guya biz özümüzü aqressiv aparırıq. Nəyə əsasən? Guya Sovet İttifaqının dağılmasından sonra da Rusiya Birləşmiş Ştatlar və digər Avropa ölkələri üçün hansısa təhlükə yaratdı? ... Biz böyük xərclərə getdik. Bəs bunun müqabilində nə qazandıq? İnfrastruktur burada, bizim sərhədlərimizdədir. Və deyirsiniz ki, biz kimisə təhdid edirik? Bəli, biz mütəmadi olaraq təlimlər keçiririk, eyni zamanda, silahlı qüvvələrimiz üçün gözlənilməz olan təlimlər də həyata keçiririk. Niyə bu, NATO müttəfiqləri arasında hansısa bir narahatlığa səbəb olmalıdır? Mən sadəcə anlamıram”, - Putin belə deyib.(apa)

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
Son xəbərlər
Bütün xəbərlər »