Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AVRO-2020: Macarıstan son çempiona, Almaniya Fransaya qarşı
AVRO -2020

Bu gün futbol üzrə Avropa çempionatında daha iki oyun keçiriləcək.

F qrupunun görüşləri ilə I tura yekun vurulacaq.

Günün ilk matçı Macarıstanda yerli yığma ilə turnirin son qalibi Portuqaliya arasında olacaq. Budapeştdəki "Puşkaş Arena"da gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu türkiyəli FIFA referisi Cüneyt Çakır idarə edəcək.

Digər matçda isə Avropa çempionatının 2 əsas favoriti - Almaniya və Fransa milli komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Münhendəki eyniadlı areanda baş tutacaq görüşün baş hakimi ispaniyalı Karlos del Serro Qrande olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İki komanda ilk dəfə hansısa böyük turnirin qrup mərhələsində üz-üzə gələcək. Sonuncu dəfə AVRO-2016-nın yarımfinalına təsadüf edən dueldə fransızlar 2:0 hesablı qələbə qazanıblar.(report)

Avropa çempionatı

F qrupu, I tur

20:00. Macarıstan - Portuqaliya

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Budapeşt, "Puşkaş Arena"

23:00. Fransa - Almaniya

Baş hakim: Karlos del Serro Qrande

Münhen, "Münhen Futbol Arenası"

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »