Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Artıq yığımların cəzasını iqtisadiyyatımız ödəyir
Dollar-Manat, USD-AZN

Son zamanlarda, onlayn alisveris termini gündəlik həyatımızda çox eşidirik. Getdikcə, geniş kütləyə xitab edən bu termin artıq yaşamımızın önəmli bir hissəsini təşkil edir.

Türkiyədən 2 dollardan, Amerikadan isə 3 dollardan başlayan qiymətlərlə gələn və ölkədə tapılmayan məhsullar, xüsusən geyimlər istehlakçıların marağını cəlb edir. Bu şəkildə alış-verişlə insan zamanına qənaet edir, mağazaları gəzib yorulmur. İstədiyi hər yerdən, hər zaman alış-veriş edə bilir. Endirim və kampaniyalardan xəbəri olur. “Görmədən ala bilmərəm” deyənlər saytlarda müştəri rəyləri bölməsini oxuyaraq istifadə edənlərin məhsul haqqında düşüncələrini oxuya bilir, fikir sahibi olur.

Həmçinin, saytlarda məhsulun haqqında qısa məlumat yazılır. Sifariş etmək üçün sadəcə, bank kartına ehtiyac var. MilliÖn terminalları vasitəsilə alış-veriş etmək olur. Karqo şirkətlərinin sayının artması xaricdən, xüsusilə Türkiyə və Çindən alış- verişi asanlaşdırıb. Bu, rahatlıqdır. Karqo xidmətləri istehlakçıların işini asanlaşdırırdı, ancaq...

Fiziki şəxslər üçün ölkəmizə gətrilən mallara 1000 dollarlıq limitin 300 dollara endirilməsi şikayətləri artırıb və yenidən qiymətləndirmə məsələsini ortaya qoyub. İqtisadçı ekspert Eldəniz Əmirov hesab edir ki, elə idxal məhsulları var ki, yalnız istehlakçıya yox, bütün ölkəyə dəyərli ola bilər.

Eldəniz Əmirov Eldəniz Əmirov

Bu proseslə əlaqədar olan hər bir qurum öz öhdəsinə düşən işi daha yaxşı şəkildə həyata keçirməyə çalışır. Bir nəfərin işi mükəmməl ola bilər. Lakin onun fəaliyyəti ümumi işin ziyanına olursa, komanda ruhuna pis təsir edir. Rüsum qiymətlərinin artması və limitin aşağı salınması gətrilən malın qiymətinin artması ilə nəticələnir. Bununla kiçik və orta sahibkarlığa bloklamalar edilir. Bu tətbiqdən sonra müflisləşmələr oldu. Tənzimləməni dibindən baltalamaq formasında həyata keçirmək olmazdı. Pandemiyadan sonra biz sahibkarlara yardım edilsin dedik, bu tərəfdən də bu tətbiq paradoksal şəkildə kiçik və orta sahibkarlara zərbə vurmuş oldu. Gömrük orqanlarında sahibkarların “invoice”larının qəbul edilməməsi, yenidən qiymətləndirilməsi ölkə iqtisadiyyatı üçün çox zərərli haldır. Buna görə plandan 20% artıq pul yığılıb. Amma büdcəyə bu metodla artıq vəsait daxil etmək doğru yanaşma deyil. Çünki sonra bunun bədəlini sahibkar, istehlakçı, bütün bazar iştirakçıları və ən nəhayət, Azərbaycan iqtisadiyyatı ödəyir. Qanun qanundur; sahibkarları iflic vəziyyətinə salmadan bu qaydaları tətbiq etmək olardı. Bizdə yığım idxal artdığına görə artmayıb”,- deyə ekspert qeyd edir.

Xaricdən gətrilən məhsullara rüsumların artması problem olmaqla yanaşı, bizdən xaricə sifarişlər və çatdırılma məsələsi isə problem olaraq qalır. Daha doğrusu, bizdən hələ hansısa sifarişlər yoxdur. Buna da nail olmaq lazımdır. Yəni bu ölkədə elə bir məhsul istehsal olunmurmu ki, xarici alıcıların diqqətini çəksin? Məhsul istehsalımız yoxdursa, gələn ucuz məhsula niyə qısqanclıqla yanaşmalıyıq? Ölkədə fəaliyyət göstərən brend şəbəkələrin, dükan sahiblərinin aqibəti necə olacaq? Bir neçə mağazanın artıq bağlandığını bilirik. Ekspertlər hesab edirlər ki, brend mağazaların sayı istehlakçı sayına nisbətən çox azdır. Əsas məsələ odur ki, istehlakçı udsun, önəmli olan budur. Brend markaların mağazalarının sayı azdır və onlar da rəqabətə hazır olmaq üçün öz fəaliyyət formalarını dəyişməlidirlər.

İlhamə

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »