Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Nizami Gəncəvi dünyasına səyahət”
nizami 850

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, “Bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.Bu səbəbdən Respublikamızda və rayonlarımızda silsilə tədbirlər keçirilsin və ilin sonuna qədər bu tədbirlərin davam etdirilməsi nəzərdə tutulsun”.

Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirib. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır.

10 iyun 2021-cu il tarixində M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində Elvin Nüsrətoğlunun rejissorluğu ilə Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncəyə malik olan mütəfəkkir şair dahi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami dünyasına səyahət” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir.

Mədəniyyət Mərkəzinin kollektivinin təşkilatçılığı ilə baş tutan kompozisiyada klub və mədəniyyət evinin işçiləri kütləvi şəkildə iştirak etmişdirlər. “Nizami”, “Məshəti”, “Afaq”, “Məhəmməd” səhnədə canlandırılmışdır. İştirakçilar Elvin Nüsrətoğlu, Nazilə Qaffarova, Jalə Abdullayeva, Rəşad Rüstəmov, Yusif Əhmədli, Şahmar Əsədov, Cavidan Əlizadə, Zabil Məmmədov, Vəliyəddin Məmmədov, Taleh Məmmədov, Şəhla Lətifova, Dilbər Yaqubova İlyaslı Mehman, Natiq Məmmədov, Məlahət Musayeva, Rəvayət Rəsulova Gülnar Həsənova, Sərdar İlyaszadə səhnəciklərdə yaxından iştirak etmişdirlər.

Nizami Gəncəvinin qəzəllərindən ibarət olan əsərləri Fikrət Əmirovun bəstəsi olan “Gülüm”, Üzeyir Hacıbəyovun bəstəsi olan “Sevgili canan”,”Sənsiz” qəzəlləri müğənilərdən Sərdar Yunusov, İdris İdrisov, Hakim Əkbərovun ifasında səsləndirilmişdir.

MKS-nin əməkdaşı Dilbər Yaqubova Nizaminin “Ay üzlü nigarım”, “Gözüm aydın gözümə surəti canan görünür”, “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi” qəzəllərini səsləndirmişdir.

Qonaq qismində dəvət olunmuş Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari xanım Zeynalova, MKS-nin direktoru Seyid Vahabov, Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimli, 3 saylı musiqi məktəbinin direktoru Şəmsiyyət Əsgərova, AMİ-nin Şəki filialının filologiya üzrə fəlsəfə doktoru Kamil Adışiriniva söz verilmiş və tədbir haqqında təəsuratlarının bölüşmüşlər.

Tədbirin sonunda Nizaminin yaradıcılığına həsr olunmuş video-xronika tamaşaçılara təqdim olunmuş və Mədəniyyət Mərkəzinin direktoru A.Cəlilov tədbirdə iştirak edən və dəvəti qəbul edib gələn qonaqlara öz minnətdarlığını bildirmişdir.

Əslində şair haqqında az söz kifayət etmir, onun haqqında fikirlər say-say bitməz. Nizami yaradıcılığına bağlı insanların təsəkkürü, elə şairə rəhmət deməkdir. Dünya durduqca var ol, şair!

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Türkiyə Yunanıstana nota verdi
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »