Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seçki əhvalatları: Paşinyan sərxoş halda merin ata-anasına söyüb...
Nikol Paşinyan

Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Eçmiədzində onun seçki mitinqinə olduqca az adamın gəlməsindən qəzəblənərək şəhərin meri Diana Qasparyana zəng vurub və onun ata-anasını söyüb.

Virtualaz.org xəbər verir ki, belə məlumat “Mediaport” telegram-kanalında yayılıb.

Həmin insidentin sübutu kimi Eçmiədzin meri Diana Qasparyanla ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyan arasında internetə sızmış səsli mesaj mübadiləsi göstərilir. Səs yazısından məlum olur ki, Papikyan Qasparyanı sakitləşdirməyə çalışır: “Dian can, xahiş edirəm sakitləş, gözlə, heç nə yazma (ehtimal ki, söhbət istefa haqda ərizədən gedir)”.

Buna cavab olaraq Qasparyan məyus halda bildirir ki, müharibədəki məğlubiyyətdən sonra “Paşinyanı yüz dəfə çox dəstəkləyib”, amma indi “dincəlmək istəyir”.

“Mən başa düşürəm ki, o, dövlət naminə getməlidir. Qoy komandasndan başqa adamı seçsin ki, vəziyyət bir az yumşalsın. Qoy səni seçsin, sənin reytinqin ən yüksəkdir. Artıq belə mümkün deyil. Onun başı xarab olub, psixikası davam gətirmir, qoy gedib dincəlsin”,-Diana Qasparyan deyir.

Papikyan cavab verir ki, Paşinyanın vəziyyəti səhərlər sabitləşir: “Biz hamımız gözləyirik ki, onunla səhərlər danışaq. Hələlik isə, mənim xahişimə əməl elə və heç nə yazma”.

Bildirilir ki, Paşinyanın komandasının üzvləri arasında bu söhbət iyunun 7-də gecə, Paşinyanın Eçmiədzindəki mitinqindən sonra olub. Həmin axşam Paşinyan sərxoş halda Qasparyana zəng vurub və mitinqə az adam gəldiyi üçün onun valideyinlərini senzuradan kənar ifadələrlə söyüb. Və hədələyib ki, seçkilərdən sonra “onun ətrafında qayda yaradacaq və Eçmiədzindən başlayacaq”. Qasparyan isə bu təhqirlərdən sonra istefa verməyi qərara alıb və Papikyanla əlaqə saxlayıb.

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Türkiyə Yunanıstana nota verdi
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »