Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…

Ağdam rayonu üzrə mina xəritələrinin müqabilində 15 əsirin təhvil verilməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri Ermənistanın əvvəlki yalanlarını nəzərə alaraq, bu xəritələrin saxta ola biləcəyini və xəritədə göstərilməyən ərazilərdə də minaların badırılmış olmasını, bəziləri isə 15 yox, daha az sayda əsirin təhvil verilməsinin lazım olduğunu düşünür.

Təbii ki, aktiv əməliyyatlardan əvvəl və sonra Ermənistanın saysız-hesabsız yalanlarının şahidi olmuşuq. Amma Amerika kimi böyük dövlətin iştirakı ilə verilən xəritələr saxta ola bilərmi? Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı?

Hərbi-siyasi ekspert Elçin Axundzadə Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, mən inanmıram ki, burada yalan olsun və böyük güc olan Amerika buna zəmanətdir.

Elçin Axundzadə Elçin Axundzadə, Hərbi ekspert, ehtiyatda olan zabit

“Burada vasitəçi dövlət Amerika, həyata keçirdən isə Gürcüstandır. Ermənistan istəməz ki, minaların basdırılması ilə bağlı yalan məlumatlar verərək, Amerika və Gürcüstanla münasibətlərini korlansın.

Mən daha əvvəl də açıqlamalarımda demişdim ki, bu təxribatçıları mərhələli şəkildə dəyişmək olar. Yəni, dünya praktikasında belə hadisələr var. Çox sevindirici haldır ki, təcrübəli insanların dedikləri nəzərə alındı və həyata keçirildi. Bu da xarici siyasətin uğurla həyata keçirilməsi, İlham Əliyev və Hikmət Hacıyevin kifayət qədər təcrübəli olmalarından irəli gəlir.

Bəzi politoloqlar deyir ki, “niyə 15 nəfər verdik?”. Mən onların hər birinin nəzərinə çatdırmaq istəyirəm ki, 97 min minanın aşkara çıxması bəlkə də bizim yüzlərlə vətəndaşımızı xilas edəcək. Hər bir əsgər, azərbaycan vətəndaşı bizə əzizdir. Azərbaycan əsgəri bizim onurğa sümüyümüzdür. Biz onu dəyərləndirir, qiymətləndiririk və qorumağa məcburuq.

Digər diversantlar da Azərbaycanın maraqları çərçivəsində dəyişdirilə bilər. Biz nə üçün onlara pul xərcləməliyik?”

Ekspertin sözlərinə görə, biz Rusiyanı keçərək bu qərarı verdik: “Bizə deyirdilər ki, Azərbaycan dövləti üçüncü dövlətdən, yəni, Rusiyadan asılıdır. Amma hamı gördü ki, biz dövlət olaraq Rusiya ilə belə məsləhətləşmədən qərar verdik. Bu qərar həqiqətən müstəqil qərar idi. Bu bir daha onu göstərir ki, Azərbaycan dövləti müstəqil siyasət yürüdür və heç bir dövlətdən asılı deyil. Çox əminliklə deyə bilərəm ki, Azərbaycanın xarici siyasətinin uğurunu yaxın günlərdə bir daha bütün dünya görəcək. Hər kəs biləcək ki, Qazqazda söz və güc sahibi Azərbaycan dövləti, xalqıdır”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »