Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Arktikanı işğal etmək istəyir, ABŞ cavab verməkdə israrlıdır
Arktika

ABŞ Rusiya ilə bəzi məsələlərdə əməkdaşlığa can atır. O, Suriya və Arktika problemlərinin həlli üzrə əməkdaşlıq təklif edir. Bunu Baydenin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Strateji sabitlik məsələsi var. Suriya və humanitar yardım məsələsi var. Eyni zamanda Arktika üzrə əməkdaşlıq məsələsi də gündəmdə var. Rusiya ilə əməkdaşlıq etmək  üçün maraqlarımıza xidmət edən başqa sahələr də vardır”,- deyə Sallivan qeyd edib.

O eyni zamanda əlavə edib ki, Moskva ABŞ-a qarşı zərərli addımlar atarsa, cavab tədbirləri özünü çox  gözlətməyəcək.

May ayında ABŞ-ın dövlət katibi Blinken Moskvanın Arktikadakı fəaliyyətinin narahatlıq doğurduğunu dilə gətirmişdi.

Bu çıxış Lavrovun Arktikanı Rusiya ərazisi elan etməsindən dərhal sonra səslənmişdi. Blinken bildirib ki, Arktika Şurası dövlətlərinin üzvü olaraq ABŞ Lavrovun bu bəyanatını anlamır.

“Ümid edirik ki, Arktika sülh regionu olaraq qalacaq. Rusiyanın burada silahlanma və militarizasiya siyasəti yürütməsi yolverilməzdir. Rusiya xarici gəmilərin şimal dənizindən hərəkətini tənzimləmək istəyir və onun təqdim etdiyi bu sxem  beynəlxalq hüquqa ziddir.

Lavrov cavab olaraq bildirib ki, Arktikanın Rusiya torpağı olması hamıya çoxdan bəllidir. Son illər Putin Arktikaya strateji hərbi ərazi kimi yüksək diqqət yetirməyə başlayıb.

Qeyd edək ki, tərəflər arasında uzunmüddətli söz savaşından sonra, nioyabrın 16-da Cenevrədə hər iki ölkənin Prezidentlərinin görüşü keçiriləcək. ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin arasındakı görüş zamanı Cenevrə hava məkanı bağlanacaq.

Bundan bir qədər öncə Putin də hər iki tərəfin əməkdaşlıq etmək  üçün bir sıra fundamental mövzulara malik olduğunu qeyd etmişdi. O, bunların sırasında regional sabitliyin qorunması, regional münaqişələrin azaldılması, qlobal ekoloji gündəm və iqtisadi əməkdaşlıq məsələlərinin əsas yer tutduğunu bildirmişdi.

C.Baydenlə görüşdən əvvəl V.Putin Amerikanın NBC kanalına müsahibə verib. O bildirib ki, Rusiya-ABŞ münasibətləri son illərin ən aşağı səviyyəsinə düşüb. Putin Co Baydenin Donald Trampdan daha uzaqgörən ola biləcəyinə ümid etdiyini  dilə gətirib.

“Tramp rəngli bir insandır, cənab Tramp fövqəladə və bacarıqlı biriydi, belə olmasa, ABŞ prezidenti də olmazdı. Bayden isə ömrünün çoxunu siyasətdə keçirib. Onunla bir çox mövzunu təfərrüatı ilə müzakirə edəcəyik.  O ki qaldı Baydenin məni "qatil" adlandırmasına, buna fikir vermirəm,  bu cür ittihamlar "Hollivud maçoluğu"na bənzəyir”.

İlhamə

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Deputatdan şillə-təpikli "təşəkkür"
››› Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb
››› Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
››› Avqustda bürcləri nə gözləyir...
Son xəbərlər
Bütün xəbərlər »