Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər

Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər əsir Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

“Nikol Paşinyan haqqında heç zaman açıq danışmadığı minalanmış ərazinin xərtələrindən ilkini Azərbaycana təhvil verməklə həm də artan kənar təzyiqdən yaxasını qurtarmağa çalışdı”.

Bu fikirləri Bizimyol.info-ya açıqlaması zamanı Elxan Şahinoğlu səsləndirib.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

Onun sözlərinə görə, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan minalanmış ərazilərin xəritəsini NATO toplantısındakı çıxış mətninə salmışdı və Paşinyan NATO toplantısı başlayana qədər ilk xəritəni Azərbaycana təqdim etməklə Ərdoğanın çıxışının minalarla bağlı hissəsinin effektini azaltmağı hədəflədi.

“Ancaq Ermənistan bir xəritə ilə işini bitmiş saya bilməz, Azərbaycana bütün xəritələr təhvil verilməlidir. Əlimiz gücləndi, minalar məsələsində Ermənistana təzyiq nəticə verdi.

Əgər əlimizdə olan bir qisim əsirin Ermənistana təhvil verilməsiylə seçki öncəsi Paşinyanın mövqeyi güclənəcəksə, qoy, olsun. Robert Köçəryandansa qoy, elə Paşinyan hakimiyyətinə davam etsin”.

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Ağdam rayonunun mina xəritəsinin verilməsi, Ərdoğanın çıxışının effektini azalda bilməz.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Ermənistanın Baş nazir vəzifəsini icra edən N.Paşinyan özü çıxışı zamanı demişdi ki, biz minalanmış ərazilərin kiçik bir hissəsini təqdim etmişik.

Ağdam rayonu ilə bağlı xəritə təqdim edilsə də, hələ ki Ermənistan digər ərazilərlə bağlı analoji addım atmayıb. Bu mənada Ərdoğanın NATO toplantısında bu məsələyə toxunması Azərbaycan üçün çox yerində və faydalı məqam olacaq. Hətda nəzəri olaraq təsəvvür etsək ki, Ermənistan bütün minalanmış ərazilərin xəritələri təqdim edib, yenə də bu məsələnin üstündə durulmasına ehtiyac var. Bu məsələ gündəmdə saxlanılmalıdır. Çünki artıq qələbəmizdən aylar keçib, amma Ermənistan bu qədər təzyiqlərdən sonra təkcə Ağdam rayonu ilə bağlı xəritə təqdim edib. Bu Ermənistanın anti-humanist, işğalçı siyasətinin göstəricisidir.

Biz bu məsələni dünya birliyinin diqqətinə çatdırmalıyıq. Azərbaycan bu istiqamətdə təzyiqlərini, diplomatik fəaliyyətini aktiv şəkildə davam etdirir. Mən hesab edirəm ki, digər rayonlar üzrə də mina xəritələrini əldə edəcəyik”,- deyə siyasi şərhçi bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »