Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
Yaqub Qəhrəmanlı

Bu günlərdə qazi Yaqub Qəhrəmanlı fərdi yaşayış evinin həyətinin giriş hissəsində qapı keçidinin qurulması ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə sosial şəbəkə üzərindən müraciət edib.

“Azəriqaz”dan AZƏRTAC-a bildirilib ki, şəhid və qazi ailələrinin müraciətlərinə xüsusi diqqət ayıran birlik tərəfindən qısa müddət ərzində onun müraciəti təmin olunub.

Onu da qeyd edək ki, "Facebook" sosial şəbəkəsi vasitəsilə həm birliyin səhifəsinə, həm də baş direktor Ruslan Əliyevin səhifəsinə çoxsaylı müraciətlər daxil olur. Onlar sistemləşdirilir, araşdırılır və ilk növbədə qazi, şəhid və aztəminatlı ailələrin qaz təchizatı məsələləri icra üçün müvafiq strukturlara yönəldilir.

Azərbaycan Ordusunda şərəfli xidmət göstərib Vətən müharibəsində qəhrəmanlıq yolu keçən igidlərimizdən biri olan kiçik çavuş Yaqub Qəhrəmanlı “N” saylı hərbi hissənin minaatan batereyasında sanitar təlimatçısı, tibb xidməti çavuşu kimi xidmət edib. Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərib. Kiçik çavuş Y.Qəhrəmanlı bir əlində silah tutaraq düşmənlə mübarizə aparıb, digər tərəfdən də yaralı əsgərlərə ilkin tibbi yardım göstərib. O, döyüşdən yaralı əsgəri çıxararkən yaxınlığına mərmi düşüb və bu zaman yaralanıb. Yaqub Qəhrəmanlı “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Milli Məclis polisi döyən deputata görə növbədənkənar toplanır
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Prezidentin tapşırığına əsasən Azərbaycan Türkiyəyə yardım göndərib
Son xəbərlər
Bütün xəbərlər »