Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video

Ötən gecə Novxanı-Sumqayıt yolunda “Range-Rover” qəza törədib.

“Spring” otelin qarşısında Kərbalayev Elşad Məhərrəm oğlu idarə etdiyi 10-CO-002 dövlət nömrə nişanlı “Range-Rover” markalı avtomobillə piyadanı vuraraq öldürüb. Hadisə yerindən qaçmağa çalışan sürücü daha sonra “Damas” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Damas”da olan 3 nəfər ölüb.

Sürücü Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, sərxoşdur.

Bildirilir ki, E.Kərbalayev “Qurtuluş-93” MMC-nin rəhbəri Məhərrəm Novruzovun kürəkənidir.(apa)

Son xəbərlər
Bütün xəbərlər »