Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AVRO-2020: İspaniya İsveçlə, Polşa Slovakiya ilə qarşılaşacaq
AVRO -2020

Bu gün futbol üzrə Avropa çempionatında daha 3 oyun keçiriləcək.

Qarşılaşmaların biri D, ikisi isə E qrupunda baş tutacaq.

Günün ilk matçı D qrupunda Şotlandiya və Çexiya yığmaları arasında olacaq. Qlazqodakı "Hampden Park" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşmanı almaniyalı Daniel Siebert idarə edəcək.

D qrupunun ilk görüşündə isə İngiltərə Xorvatiyanı minimal hesabla üstələyib - 1:0.

E qrupunda 3 qat Avropa çempionu İspaniya İsveçlə üz-üzə gələcək. AVRO-2020 öncəsi ispanların heyətində Dieqo Lorente və Serxio Busketsin koronavirus testi müsbət çıxıb. Sloveniyalı Slavko Vinçiçin idarə edəcəyi qarşılaşma Sevilya şəhərindəki "Estadio La Cartuja" stadionunda gerçəkləşəcək.

Qrupun digər iddialı komandası Polşa Slovakiyanı sınağa çəkəcək. Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadiondakı qarşılaşmanın baş hakimi Rumıniyadan Ovidiu Hateqan olacaq.(report)

Avropa çempionatı

D qrupu, I tur

17:00. Şotlandiya - Çexiya

Baş hakim: Daniel Siebert (Almaniya)

Qlazqo. "Hampden Park" stadionu

E qrupu

20:00. Polşa - Slovakiya

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

Sankt-Peterburq. "Sankt-Peterburq" stadionu

23:00. İspaniya - İsveç

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Sevilya. "Estadio La Cartuja" stadionu

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »