Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Knesset 36-cı hökuməti təsdiqlədi, Netanyahu müxalifətdə olacaq
Netanyahu

Knesset (İsrail parlamenti - Red) “Yamin” partiyasının sədri Naftali Bennett və “Yeş Atid” partiyasının rəhbəri Yair Lapid tərəfindən formalaşdırılan İsrailin 36-ci koalisiya hökumətini təsdiqləyib.

“Report” xəbər verir ki, yeni hökumətə 120 deputatdan 60-ı dəstəyini ifadə edib.

Belə ki, 60 Knesset üzvü yeni hökümətin qurulmasına tərəfdar olsa da, 59 deputat buna qarşı çıxıb, bir deputat isə bitərəf qalmağı seçib. Nəticədə 36-cı hökumətin yaradılması məsələsi bir səs fərqi ilə parlamentdən keçib.

Bununla da İsraildə 12 il ərzində ilk dəfə Binyamin Netanyahunun “Likud” partiyasının iştirakı olmadan koalisyon hökumət formalaşdırıldı.

Qeyd edək ki, Kenssetin bu gün keçirilən iclasında 120 deputatın 67-si Miki Levini parlamentin yeni spikeri seçib. Bundan başqa “Yamina” partiyasının lideri Naftali Bennetin Knessetdə 13-cü baş nazir olaraq andiçmə mərasimi keçirilib.

“Yamin”in sədri Naftali Bennett baş nazir, “Yeş Atid”in rəhbəri Yair Lapid isə alternativ baş nazir olacaq. Təxminən iki il ərzində əvəzetmə aparılacaq, bundan sonra “Yeş Atid”in rəhbəri Yair Lapid baş nazir, “Yamin”in sədri Naftali Bennett alternativ baş nazir olacaq.

Səkkiz partiyanın iştirakı ilə koalisiya əsasında qurulan 36-cı İsrail hökumətində Müdafiə Nazirliyinə “Kahol-Lavan"ın sədri Beni Qantz, Xarici İşlər Nazirliyinə ilk iki ildə Lapid, Daxili İşlər Nazirliyinə "Yamina" partiyasından Ayelet Şaked rəhbərlik edəcək.

Paylaş »
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
››› "Avtomobillərdə müxtəlif yazıların yazılmasını qadağan edən qanun yoxdur"
Son xəbərlər
Bütün xəbərlər »