Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqı 15 erməninin qaytarılmasını və mina xəritələrinin Azərbaycana verilməsini alqışlayıb
Avropa İttifaqı 15 erməninin qaytarılmasını və mina xəritələrinin Azərbaycana verilməsini alqışlayıb

Avropa İttifaqı Azərbaycan və Ermənistanın Gürcüstanın da vasitəçiliyi ilə ilə saxlanılan 15 erməninin Azərbaycan tərəfindən azad edilməsi və minalanmış ərazilərin xəritəsinin Ermənistan tərəfindən təqdim edilməsinə dair hərəkətlərini alqışlayır.

APA-nın xəbərinə görə, bu, Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrelin bəyanatında əksini tapıb.

Jozep Borrel bəyanatında qeyd edib ki, Bakı və Yeravan tərəfindən göstərilən bu vacib humanitar və etimad inşası jestinin tərəflər arasında gələcək əməkdaşlığa aparan yolu açacağına, saxlanılan digər ermənilərin də azadlığa buraxılacağına və gələcəkdə mülki itkilərin qarşısının alınması üçün minalanmış bütün ərazilərin xəritəsinin Azərbaycana təhvil veriləcəyinə ümidvardır: “Avropa İttifaqı və digər beynəlxalq aktorlar bu istiqamətdəki fəaliyyətləri aktiv şəkildə cəsarətləndiriblər və biz iştirakçı ölkələri gələcək əməkdaşlığa çağırırıq. Biz mümkün olduğu zaman stabilləşmənin dəstəklənməsi, post-münaqişə reabilitasiyası və etimad inşası tədbirləri ilə münaqişənin davamlı və hərtərəfli həllinin təşviqinə davam edəcəyik. Ermənistan və Azərbaycana ATƏT-in Misk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqlarda yenidən iştirak etməyə dair çağırışımızı təkrar edirik”.

Son xəbərlər
Bütün xəbərlər »