Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mina xəritələrinin verilməsində ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”
Ağdam şəhəri Ermənistanın işğalından sonra

“Mina xəritələrinin verilməsi müqabilində 15 diversantin Ermənistana qaytarılmasında ABŞ-ın xüsusi vasitəçiliyi mühüm rol oynayıb”.

Bu fikirləri siyasi şərhçi Məhəmməd Əsədullazadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib.

Məhəmməd Əsədullazadə Məhəmməd Əsədullazadə

Onun sözlərinə görə, bundan əlavə, Ermənistanda seçkiöncəsi Vaşinqton çalışır ki, N.Paşinyanın reytinqi yüksəlsin.

“ABŞ dövlət katibinin köməkçisinin Azərbaycan və Ermənistana səfəri müstəvisində bu razılaşma əldə edildi.

Rusiya günlərə qədər manipulyasiya edib, xəritələrin verilməsini tələb etmirdi. Ümumiyyətlə Rusiyada çalışırdı ki, mina xəritələri Azərbaycana verilməsin və diversantlar Azərbaycanda saxlanılmaqla N.Pasinyanın reytinqinə mənfi təsir etsin. Vaşinqton son proseslərdə dövriyyəyə girdi və prosesləri müsbət istiqamətdə aparılmasına çalışdı. Digər diversantların azad olunmasına gəldikdə isə, növbəti mərhələdə Azərbaycanın şərtləri müqabilində bu baş tuta bilər.

Ötən gün Laçında bir ermeni hərbiçisinin geri təhvil verilməsi, ardınca da bir neçə diversantların azad edilməsi N. Paşinyanın reytinqini qaldıracaq. R. Koçaryan və Rusiya qüvvələrinin bu seçkidə məğlubiyyəti qaçılmaz olacaq”.

Məhəmməd Əsədullazadə sonda qeyd edib ki, Rusiya tərəfi ötən gün mina xəritələrinin veriləcəyini qeyd etmişdi.

“Amma, bunu Moskva yox, Vaşinqton tərəfindən həyata keçirilməsi regionda çox ciddi siyasi qarşıdurmanın getdiyini göstərir.

Əsas minalar Ağdam, Füzulini əhatə edir”.

Leyla Mirzə

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »