Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Göründüyündən də böyük hadisə
Ağdam şəhəri Ermənistanın işğalından sonra

Terrorçuların buraxılması qarşılığında Ermənistanın verdiyi xəritə doğrudursa, bu, Ağdamın ikinci dəfə azad olunması deməkdir. Çünki əgər vaxtında tapılıb zərərsizləşdirilməsə, 97 min mina 97 min mümkün partlayış deməkdir.

Nəticələrini isə hesablamaq çətin deyil. O 15 diversant buna dəyməzdi. Bu arada prosesə ABŞ-ın və Gürcüstanın vasitəçiliyi yeni, mühüm nüansdır. Biz xəritələri Rusiyadan yan keçməklə ala bildik deyə ayrıca mühümdür. Üstəlik Rusiyanın Ermənistan seçkilərinə təsirini qismən də olsa, azaltdı. Azərbaycanın təsirini artırdı. Rusiyanın namizədi Köçəryan son vaxtlar sürətlə reytinq yığırdı. Buna da səbəb o idi ki, ruslar münaqişəni Qarabağdan Ermənistan-Azərbaycan sərhəddinə daşıyırdı. Rusiyanın nəzarətində olan Erməni ordusunun kiçik qrupları Azərbaycan sərhəddini pozur, təxribat törədirdi, bizim əsgər də, təbii ki, onlara adekvat cavab verirdi. Bunlar Kpçəryanın elektoral gücünün daha çox olduğu Zəngəzurda baş verirdi. Və ruslar bu yolla Köçəryanın reytinqini qaldırırdı.

Zəngəzur Köçəryan üçün siyasi reanimasiya otağına çevrilmişdi. Azərbaycana sərfəli olan heç bir tərəfin - nə Qərb oyunçusu Paşinyanın, nə Rusiyanın siyasi lakeyi Köçəryanın təkbaşına və ya ümumiyyətlə, güclü hakimiyyətinin olmamasıdır. Azərbaycan Ermənistanda koalision (yəni zəif) hökumıtin olmasında maraqlıdır. Qarşıduran tərəflər arasında güc fərqi böyük olmadıqca, Ermənistanda gələcək siyasi, hökumət böhranları qaçılmaz olacaq; qərar verməkdə və icra etməkdə çətinlikləri yaranacaq. Ermənistanın indiki (qüsurlu qurulmuş) parlament respublikası modeli buna imkan verir. Azərbaycan da bu situasiyadan istifadə etməyə çalışır. Ermənistanda seçki gününə az qalıb. Paşinyan öndə görünür. Ancaq əsas rəqibi də artıq müəyyənləşib; Köçəryan güclən(diril)ib. Bugünə görünən odur ki, heç bir siyasi qüvvə hökuməti təkbaşına formalaşdıra bilməyəcək. Doğrudur, rusların fiquru ikinci güc halında və statusunda olacaq. Bununla belə ölkədə Azərbaycanla və Türkiyə ilə münasibətlərin qurulması, normallaşması tərəfdarlarının sayı artacaq. Bunda Qərb də maraqlıdır. Əgər Ermənistan hökuməti belə bir kurs götürsə və cəmiyyətindən də buna dəstək alsa, bu, Qarabağda da oxşar meylləri gücləndirəcək. Bu da sonrakı perspektivdə Ağdam, Kəlbəcər kimi Xankəndinin və sair döyüşsüz geri alınmasına gətirib çıxara bilər. Rusiya xarici işlər naziri Lavrov ona görə "gələcək status" siqnalı verir; rusların münaqişəni siyasi-diplomatik müstəvidə sərhədlərdən Qarabağın içərisinə qaytarmaq planı var sanki. Burda yenə də patron özləri olur, "inandırıcılıq"üçün də ABŞ-ın və Fransanın formal iştirakına "hə"deyilir. Bu, Türkiyənin bölgədə çox oturuşmasına da mane olmaq üçün lazımdır Rusiyaya. Azərbaycan bunları görür. Rusiyanın bölgədə gücünü və planlarını bilir. Rusiyanı qıcıqlandırmadan öz planlarını həyata keçirməyə çalışır. İlk mina xəritəsinin alınması da belə addımlardan biridir və uğurlu gedişdir. Əslində bu diversant-xəritə mübadiləsi göründüyündən daha böyük hadisədir. Davamını gözləyək.

Bizimyol.info

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Bozdağın qoynunda gizlənmiş inci: Yeni turizm cənnəti - Fotolar
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Nazir iki polis polkovnikini işdən çıxarıb
Son xəbərlər
Bütün xəbərlər »