Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
PKK terrorçuları Afrində xəstəxananı raket atəşinə tutub
PKK terrorçuları Afrində xəstəxananı raket atəşinə tutub

YPG/PKK terror təşkilatı Suriyanın Hələb şəhərinin Afrin rayonuna ard-arda iki dəfə raket zərbəsi endirib.

Bizimyol.info xəbər verir ki, haberturk-ün verdiyi məlumata görə, terrorçular rayonun mərkəzində yerləşən xəstəxananı hədəf seçiblər.

Məlumatda raket zərbələri nəticəsində 19 nəfərin öldüyü, 40-dan artıq insan isə yaralandığı, ətrafdakı binalara da böyük ziyan dəydiyi bildirilir.

YPG/PKK terror təşkilatlarının bu hücumuna münasibət bildirən  Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib ki, terror təşkilatının Afrindəki xəstəxanaya hücumunu şiddətlə qınayırıq: "Həyatını itirənlərə Allahdan rəhmət və yaralananların tezliklə yaxşılaşmasını diləyirik. Terror təşkilatının Suriyadakı qolu vəhşicəsinə üzünü bir daha göstərdi. Bu hücum qarşısında susmaq cinayətə ortaq olmaq deməkdir".

Son xəbərlər
Bütün xəbərlər »