Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xətaidə fərdi yaşayış evi, Suraxanıda avtomobil yanıb
Xətaidə fərdi yaşayış evi, Suraxanıda avtomobil yanıb

Bakı şəhərində 2 otaqlı fərdi yaşayış evi yanıb.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 15 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Daha bir yanğın hadisəsi isə Bakı şəhərinin Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, "ВАЗ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər
Bütün xəbərlər »