Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan “Respublika meydanı”nı 4 günlük “bron” edib
Nikol Paşinyan tərəfdarlarının arasında, 25 fevral 2021

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın komandası erkən parlament seçkilərindən sonra dörd gün “Respublika meydanı”nda tədbirlər keçirəcəyi ilə bağlı paytaxt meriyasına bildiriş göndərib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Yerevan meriyasının saytında dörd bildiriş dərc olunub.

"Vətəndaş razılaşması” partiyasının nümayəndələri Armen Xocayan və Vaaqn Ovakimyan 21 iyundan 24 iyuna qədər saat 10: 00-dan axşam 22:00-dək “Respublika meydanı”nda tədbirlər keçirəcəklərini bildiriblər.

Xatırladaq ki, Qeqarkunikdəki təşviqat zamanı Paşinyan 21 iyun tarixində vətəndaşları Yerevanın “Respublika meydanı”na dəvət edib.

"Bəli, Ermənistanda xalqı əzən bir elita olmamalıdır. Seçki nəticələrimizlə biz kimin zibil olduğunu göstərəcəyik. Vətəndaşın qələbəsini və "polad inqilabının" başlanğıcını tanımaq üçün hamınızı 21 iyunda “Respublika meydanı”na dəvət edirəm", - Paşinyan bildirib.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› Milli Məclisdə “kədərli” anlar…
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Nazir iki polis polkovnikini işdən çıxarıb
Son xəbərlər
Bütün xəbərlər »