Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşğulluq marafonu başlayır - Video
Məşğulluq marafonu başlayır - Video

Vətən Müharibəsi şəhidlərinin ailə üzvlərinə və müharibədə yaralanmış qəhrəmanlarımıza dəstək göstərilməsi üçün geniş miqyaslı işlər aparılır. Artıq bu koteqoriyadan olan insalardan 9700 nəfərinə müxtəlif məşğulluq xidmətləri təqdim olunub. Onlardan 6500-ü iş və əmək fəaliyyətinə cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, bu gündən başlayaraq ƏƏSMN şəhid ailə üzvlərinin və yaralanmış qazilərimizin məşğulluğunun təmin olunması ilə bağlı ölkədə məşğulluq marafonuna başlayır. Nazir müavini bütün işəgötürənləri bu marafona qoşulmağa dəvət edib.

“Bu kateqoriyadan olan şəxslərin məşğulluğunu tək dövlətin üzərinə qoymaq bir qədər düz olmazdı. Bu prosesə bizim işəgötürənlər də qoşulmalıdır. Nazirliyin və məşğulluq agentliyinin elektron ünvanında xüsusi elektron pəncərə yaradılacaq. İşəgötürənlər şəhid ailə üzvlərini, müharibədə yaralanan qazilərimizi işə götürmək istəyirsə, həmin pəncərədə öz məlumatlarını dolduraraq bu barədə nazirliyə elektron qaydada məlumat vermiş olacaq”,- deyə Anar Əliyev bildirib.

Bundan sonrakı mərhələlərdə isə işsiz və iş axtaran kimi məşğulluq sistemində qeydiyyatda olan şəhid ailə üzvləri və qazilər işəgötürənlər tərəfindən təhlil olunacaq və işəgötürənlərin tələblərinə cavab verənlər həmin müəssisələrdə işlə təmin olunacaq.

Əsas məqsəd bizə bu qələbəni qazandıranların məşğulluğunu təmin etməkdir.

Son xəbərlər
Bütün xəbərlər »