Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ulduz falı: 13 iyun, 2021 – Məşğul və məhsuldar bir gün
Ulduz falı: 13 iyun, 2021 – Məşğul və məhsuldar bir gün

Bizimyol.info qoroskop həvəskarlarına 13 iyun, 2021-ci il tarixi üçün ulduz falını təqdim edir:

Məşğul və məhsuldar bir gündür. Bir çox məsələlər diqqət tələb edəcək və bunları başa çatdırmaq üçün əlavə köməyə ehtiyacınız olacaq. Ətrafdakılarla həmişə ortaq məxrəcə gəlmək asan olmur. Bəzən ən sadə məsələlərdə razılaşmaq belə çox səbr tələb edəcək. Sakitliyini qoruyanlar üçün gün yaxşı keçəcək.

Gün məlumat toplamaq və yeni biliklər əldə etmək üçün yaxşıdır. Əldə edilən biliklərin tətbiq istiqamətini tez bir zamanda tapmaq mümkün olacaq. Günortadan sonra qeyri-rəsmi şəraitdə ünsiyyət üçün əlverişli zamandır.

Qoç - Gün gərgin olacaq, həll edilməsi tələb olunan bir çox yeni məsələlər və işlər ortaya çıxacaq. Darıxmağa vaxtınız olmayacaq və əslində bu vəziyyətdən məmnun qalacaqsınız. Təxəyyül və ixtiraçılıq lazım olan yerlərdə uğur qazanmaq şansınız daha böyük olacaq. Gün ərzində dərhal həyata keçirə biləcəyiniz mükəmməl fikirlərə də sahib olacaqsınız.

Bəzi Qoçlar maraqlı iş təklifləri alacaqlar. Digərləri uğur üçün nə etməli olduqlarını anlayacaq və karyera nərdivanında yüksəlmək üçün nələri öyrənməli olduqlarını başa düşəcəklər. Gün şəxsi münasibətlər baxımından da əlverişlidir. Çox xoş sürprizlər ola bilər.

Buğa – Asan, uğurlu gündür. Ulduzlar sizin tərəfinizdə olacaq, onların dəstəyi sayəsində düşündüyünüz hər bir planı həyata keçirə bilərsiniz. Çox güman ki, uğurlu təsadüflər, rədd etmək istəməyəcəyiniz təkliflər də yer alacaq.

Bəzi Buğalar xoş tanışlıqlardan məmnun qalacaqlar. Bir çoxları sizin şən əhvalınızı və nikbinliyinizi bəyənəcəklər. Bürcün digər nümayəndələri köhnə əlaqələri bərpa etmək, mübahisəli münasibətlərdə olduqları insanlarla barışmaq şansına sahib olacaqlar. Səmimiyyət və açıqlığınız hər cür ünsiyyətdən qaçan insanlarla da münasibət qurmağa kömək edəcək.

Əkizlər - Gün gərgin, lakin maraqlı alınacaq. Bir çox cəhdlər uğurlu olacaq. Təəssüf ki, bütün Əkizlər işlərini həll etmək üçün səbr edə bilmirlər. Bürcün bəzi nümayəndələri istənilən nəticəni əldə etmədən geri çəkilir və sonradan peşman olurlar. Davamlı olmaq lazımdır. Bu gün ortaya çıxan bütün maneələr heç də aşılmaz deyil.

Dostlar tez-tez yaxşı məsləhətlər verəcəklər, nəyə diqqət yetirməli olduğunuzu və hədəfə hansı yolla tez çatacağınızı təklif edəcəklər. Sevdiyiniz bir insanla xoş ünsiyyətdən həzz alacaqsınız. Axşam bir ailə məclisi, ev şənliyi üçün əlverişli vaxtdır.

Xərçəng - Müttəfiqlərə və həmfikirlərə ehtiyacınız varsa, onları asanlıqla tapa bilərsiniz. Fikir və planlarınızı bölüşmək üçün yaxşı gündür. Şübhəsiz ki, planlarınızı həyata keçirməyinizə kömək etmək istəyənlər olacaq. Uzaqdan yaxşı xəbərlər almağınız mümkündür. Əsasən işlə əlaqəli olacaq. Bəzi Xərçənglər imtina etmək istəmədikləri iş təklifləri alacaqlar.

Nağd pul gəlirlərinizin olması mümkündür. Gün alış-veriş etmək üçün yaxşıdır. Sizi və sevdiklərinizi uzun müddət sevindirəcək əşyaları səhvsiz seçib alacaqsınız.

Şir - Günün başlanğıcı uğurlu və maraqlı olacaq. Yeni işlər görmək üçün uyğun vaxtdır: ilk uğurlarınızı tez bir zamanda əldə edəcəksiniz. Bu zaman bir çox Şirlər bəzi vacib xəbərlər alacaq, son vaxtlar onları narahat edən suallara cavab tapacaqlar.

Günortadan sonra uğurlu və sakit bir vaxt gələcək. Köhnə və yeni tanışlarla ünsiyyət, romantik görüşlər üçün əlverişli zamandır. Bəzi maraqlı sualları müzakirə etmək, tezliklə tətbiq sahəsini tapacağınız faydalı məlumatlar əldə etmək imkanınız olacaq.

Qız - Günün əvvəlində gərgin anlar, işdə gecikmələr mümkündür. Bürcün bəzi nümayəndələri xoşagəlməz sürprizlərlə qarşılaşa bilərlər. Ancaq əsəbləşmək lazım deyil. Unutmayın: vəziyyət sürətlə yaxşılığa doğru dəyişəcək, tezliklə yeni təşəbbüslərin vaxtı gələcək, həmçinin fikirlərinizi köhnə tanışlarla müzakirə etmək üçün də uyğun məqam yetişəcək. Yəqin ki, hədəfinizə daha sürətlə çatmağın yollarını sizə izah edəcəklər.

Ailədə xoş hadisələr gözlənilir ki, bu da yaxınlarınızla tez-tez fikir ayrılıqlarına səbəb olan məsələlərdə razılığa gəlməyə imkan verəcək.

Tərəzi - Gün məhsuldar deyil, amma xoş, müsbət emosiyalar gətirəcək. Şanslı təsadüflər, eyni zamanda sizi maraqlı düşüncələrə çəkib aparacaq xoş xəbərlər mümkündür. Çətin işləri qəbul etməyə tələsməyin. Əvvəlcə hər şeyi düşünmək və ölçmək lazımdır; səylərinizin boşa çıxma təhlükəsi var. Qısa müddətdə həyata keçirəcəyiniz böyük fikirlər ortaya çıxa bilər.

Günortadan sonra ailə işləri, qohumlarla ünsiyyət, ev məclisləri üçün əlverişlidir. Bəzi Tərəzilərin çağırılmamış qonaqları olacaq və onları görməkdən məmnun qalacaqlarr.

Əqrəb - Asan bir gündür - maraqlı və ruhlandırıcı olacaq. Bir çox Əqrəblərin qarşısında həyəcanverici perspektivlər açılacaq və bürcün nümayəndələri uğur qazanma şanslarını qaçırmayacaqlar. Qeyri-adi görüşlər, dostlarınız və həmkarlarınıza qətiyyən bənzəməyən insanlarla görüşməyiniz mümkündür.

Bəzi vacib məlumatları əldə etmək, tezliklə nə etməli olduğunuzu öyrənmək, bir çox suallara cavab tapmaq şansınız olacaq. Tezliklə çox şeyləri anlayacaqsınız, ən xırda detalları belə görə biləcəksiniz və müşahidələrinizdən həmişə düzgün nəticə çıxaracaqsınız.

Oxatan - Mühüm işlər üçün yaxşı gün deyil. İşlərin həqiqi vəziyyətini qiymətləndirmək əvəzinə daha çox fikir dağınıqlığından zəiyyət çəkəcəksiniz. Buludlarda uçmağa meylli olacaqsınız, xəyallar quracaqsınız. Köhnə tanışların verdiyi məsləhətləri dinləməyə dəyər. Bəzən səhvlərin qarşısı onların sayəsində ala bilərsiniz. Köhnə dostlarla görüş də Oxatanları sevindirəcək.

Pul və əmlakla bağlı qərar verməyə tələsməyin. Böyük sövdələşmələr üçün yaxşı gün deyil. Planlaşdırılan alış-veriş uğurlu olacaq, amma spontan alış-verişlər alınmayacaq.

Oğlaq - Xırda məsələlərdən əsəbiləşməməyə çalışın və təxribatlara uymayın. Bu gün çox qərarlar duyğuların təsiri altında deyil, soyuqqanlı düşüncə ilə verilməlidir. Əvvəllər əldə edilmiş təcrübəniz kömək edəcək. Onun sayəsində bürcün nümayəndələri uzun müddətdir can atdıqları hədəfi qazanacaqlar.

Bütün vacib söhbətlər günortadan sonraya təyin olunmalıdır. Bu zaman əsasən bir baxışda başqalarını başa düşə biləcəksiniz, başqalarının gizlətməyə çalışdığı detalları təxmin edəcəksiniz. Axşam xoş sürprizlərin və xoş xəbərlərin vaxtıdır.

Dolça - Gün hadisələrlə dolu və olduqca yorucu olacaq. Əhəmiyyətli bir işə köklənmək asan olmayacaq. Tez-tez xırda detallar sizi narahat edəcək, kiçik səhvlərə yol verəcəksiniz. Bundan əlavə, ətrafınızdakı insanlar bəzən sizi çaşdıracaq, başladığınız işi tamamlamağınıza mane olacaqlar. Çox vaxt təkbaşına hərəkət etmək əməkdaşlıq barədə danışıqlar aparmaqdan daha asandır.

Özünüzü qoruyun və istirahətə vaxt ayırın. Bu gün adi işlər həmişəkindən daha çox vaxt aparacaq. Ancaq hər şeyin öhdəsindən gələ bilərsiniz. Belə vəziyyətlər üçün təcrübəniz var.

Balıq - Hər kəslə dostcasına davranmağa çalışın. Bu o qədər də asan deyil, çünki ətrafınızdakı insanlar bəzən qəsdən sizi tarazlıqdan çıxaracaqlar. Ancaq təxribatlara boyun əyməsəniz və baş verənlərə yumor hissi ilə yanaşsanız, bir çox xoşagəlməz məqamlardan qaça bilərsiniz. Qeyri-adi fikirləriniz ortaya çıxa bilər. Dərhal qiymətləndirilməyəcək, amma daha sonra hamı üçün aydın olacaq ki, dahiyanə bir ideya ortaya qoymusunuz.

Ailədə bəzi xoş hadisələr, qohumlarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər ola bilər. Keçmişdə baş verənləri yenidən müzakirə edə, mürəkkəb vəziyyətləri düzəldə bilərsiniz.

Son xəbərlər
Bütün xəbərlər »