Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: "Rusiyada terrorçu Monte Melkonyanın xatirə gününün qeyd edilməsi​ xüsusi xidmət orqanlarına çağırışdır"
Yevgeniy Mixaylov

Rusiya ermənilərinin beynəlxalq terrorçu Monte Melkonyanın xatirə gününü qeyd etməsi​ Rusiya xüsusi xidmət orqanlarına çağırışdır.

Bunu APA-nın Rusiya bürosuna açıqlamasında təhlükəsizlik üzrə rusiyalı ekspert Yevgeni Mixaylov bildirib.

O bildirib ki, Rusiya günündə Rusiya Erməniləri İttifaqı beynəlxalq terrorçu Monte Melkonyanın xatirə gününü qeyd edir. Hansı ki, bu terrorçu dünyanın bir sıra ölkələrində diplomatları qətlə yetirib. Qarabağda qadınları, körpələri qətlə yetirib. Özü isə Azərbaycanın xüsusi təyinatlı dəstəsi tərəfindən məhv edilib. Beynəlxalq terrorçunun xatirə gününün qeyd olunması Rusiyada​ necə baş verə bilər? Hamımız yaxşı bilirik ki, ölkəmizdə terrorçuların məhv edilməsi ilə bağlı hansı tədbirlər görülür. Rusiyada terrorçuya münasibət bəllidir. Terrorçu ya türmədə oturmalıdır, ya da o dünyaya göndərilməlidir. Amma Rusiya Erməniləri ittifaqı 12 iyun Rusiya gününü Moskvanın mərkəzində​ rəsmi olaraq beynəlxalq terrorçu Melkonyanın xatirə günü elan edib. Bu, Rusiya xüsusi xidmət orqanlarına çağırışdır. Belə çıxır ki, ermənilər heç nədən qorxmurlar, deyə rusiyalı ekspert vurğulayıb.

Y. Mixaylov Rusiyanın xüsusi xidmət orqanlarının ən azı Rusiya Erməniləri ittifaqına qarşı inzibati tədbir görməli olduğunu hesab etdiyini söyləyib: “Əgər başqa addım ata bilmirlərsə, o zaman inzibati tədbir görülməlidir. Çünki Monte Melkonyan terrorçudur. Biz çox yaxşı xatırlayırıq ki, Moskva metrosunda ilk böyük terror aktını kim törədib. Bunu edənlər Asala mənsubu olan​ erməni terrorçuları idi. Melkonyan Asalanın liderlərindən biri olub. Mən başa düşə bilmirəm, bu gün Rusiyada böyük gündür və Rusiya erməniləri beynəlxalq terrorçunun xatirə gününü qeyd edir”.

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Ana uşağına bez və yemək almaq üçün televizoru satışa çıxardı
››› Dünyanı qorxudan 8.2 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi
››› Soros Fondu Azərbaycan-Ermənistan sərhədində nəsə “itirib” - Təhlil
››› İtaliyada yumruq böyüklüyündə dolu yağdı: Şəhəri cəhənnəmə çevirdi - Video
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
Son xəbərlər
Bütün xəbərlər »