Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dördmərtəbəli yaşayış binasında partlayış olub, xəsarət alanlar var
Dördmərtəbəli yaşayış binasında partlayış olub, xəsarət alanlar var

Gəncə şəhərində birotaqlı mənzildə partlayış olub.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəhərin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 40 m2 olan birotaqlı mənzildə yanğınla nəticələnən partlayış (ilkin ehtimala görə qaz sızması səbəbindən) baş verib. Yanğın nəticəsində mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 70 m2 olan ikiotaqlı qonşu mənzilin yanar konstruksiyaları 60 m2 sahədə yanıb. Partlayışın zərbəsindən hər iki mənzilin divarları (arakəsmə divarlar) dağılıb, qapı və pəncərə çərçivəsi yerindən çıxıb. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb, 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Son xəbərlər
Bütün xəbərlər »