Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Choco Art" ilk dəfə sərgidə iştirak edib
Choco Art ilk dəfə sərgidə iştirak edib

Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgiləri keçirilib. 100 faiz təbii şokolad məhsulu olan “Choco Art” ilk dəfə olaraq sərgidə iştirak edib.

“Choco Art” məhsulları ziyarətçilərin böyük marağına səbəb olub. Ziyarətçilər gözoxşayan tərtibatda hazırlanan stendə yaxınlaşaraq məhsulların dadına baxıb, yeni çeşidlərlə tanış olublar. Qonaqlara “Choco Art” məhsullarının keyfiyyəti, istehsal prosesi, fərqlilik və üstünlükləri ilə bağlı məlumat verilib. Bildirilib ki, insanların zövqünü oxşayan 100 faiz təbii şokolad məhsulu bundan sonra da yeni ləzzətlər və üstün keyfiyyətlə onları sevindirməyə davam edəcək.

İncə sənət və yüksək peşəkarlıq nümunəsi olan “Choco Art”ı digərlərindən fərqləndirən əsas cəhət 100% təbii kakao yağı və yüksək keyfiyyətli kakao dənindən hazırlanmasıdır. Zərgər incəliyi və dəqiqliyi ilə hazırlanan “Choco Art” nəfis dadı, zərif ətri ilə əsl şokolad həzzini bəxş edir. İlk yarandığı müddətdə plitə çeşidi ilə alıcılarına təqdim olunan premium şokalat brendi çeşidlərini daha da artıraraq yeni şokalat kremlərini ve çəkili konfetlerini bazara çıxarıb.

“Choco Art”la Sənətin incəliyini ləzzətlə kəşf edin.

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› “Altı aydan sonra Qarabağda Ermənistan əsgəri qalmayacaq”
››› Türkiyədə yanğınlar, Yunanıstanda 46 dərəcə isti: Kəndlər evakuasiya olunur
››› 15 yaşlı qız atasını ürəyindən bıçaqladı
››› Nazir iki polis polkovnikini işdən çıxarıb
››› Rusiya ilə Baltikyanı ölkə arasında böhran dərinləşir
Son xəbərlər
Bütün xəbərlər »