Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya prezidenti Trampı parlaq şəxsiyyət adlandırıb
Donald Tramp və Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın keçmiş prezidenti Donald Trampı fövqəltəbii insan kimi xarakterizə edib.

Putin bu barədə ABŞ-ın “NBC” telekanalına verdiyi müsahibədə bildirib.

Rusiya lideri Tramp haqqında danışarkən onun eyni zamanda istedadlı və bacarıqlı şəxsiyyət olduğunu deyib: “Donald Tramp bacarıqlı və istedadlı insandır, əks təqdirdə o, ABŞ prezidenti olmazdı. O, parlaq şəxsiyyətdir. Onu bəyənə bilərsiniz və ya əksinə. Tramp əvvəllər böyük siyasətin bir parçası deyildi və bəziləri bunu sevir, bəziləri sevmir, amma bu, həqiqətdir”.

Qeyd edək ki, Putin ABŞ televiziyasına sonuncu dəfə üç il bundan əvvəl müsahibə verib. Onun müsahibəsi geniş formada iyunun 14-də efirdə nümayiş olunacaq.(apa)

Paylaş »
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› Tahir Kərimliyə həmkarından sərt cavab gəldi
››› "Səs yazısını dinləsəniz, əmin olacaqsınız ki, başqa hadisəylə rastlaşmışıq"
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› Milli Məclisdə “kədərli” anlar…
››› Spikerdən... “yüksək pilotaj”
Son xəbərlər
Bütün xəbərlər »