Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib
Rusiyanın hava yolları xidməti Azərbaycanın vergi xidmətini məhkəməyə verib

Rusiyanın aparıcı hava yolları şirkəti Azərbaycanın dövlət orqanını məhkəməyə verib. Məhkəmə çəkişməsi Bakıda keçiriləcək.

Bizimyol.info xəbər verir ki, “Aeroflot-Rossiyskie avialinii” səhmdar cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldırıb. Şirkət hesablanan verginin əsassız olduğunu hesab edir. İddia ərizəsində də bunun ləğvi tələb kimi göstərilib.

Bizimyol.info-ya məlumat verən mənbə bildirib ki, Rusiya hava yolları şirkətinin Azərbaycanın vergi xidmətinə qarşı məhkəmə iddiasına Bakı İnzibati Məhkəməsində hakim Orxan Həsənov baxacaq.

Məlumatı “Aeroflot”un Bakı nümayəndəliyindən də təsdiqləyiblər. Bildirilib ki, artıq məhkəmənin vaxtı da məlumdur: “Məsələ ilə hüquqşünaslar məşğuldur. Bildiyimizə görə, məhkəmənin hazırlıq iclasının vaxtı da bəllidir”.

Son xəbərlər
Bütün xəbərlər »