Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanla Türkiyə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq müzakirə edilib
AQTA

İyunun 11-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə nazirinin müavini Fatih Metini qəbul edib.

AQTA-dan “Report”a verilən məlumata görə, qurumun sədri qardaş ölkə ilə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə heyvan sağlamlığının təmin olunması istiqamətində xəstəliklərdən azad zonanın yaradılması, heyvanların identifikasiyası və qeydiyyatı, elektron fitosanitar sertifikatların qarşılıqlı tanınması və mübadiləsi, bitki sağlamlığı sahəsində Türkiyə Respublikasının təcrübəsinin öyrənilməsi məqsədilə təlimlərin təşkili və istedadlı gənclərin qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələri üzrə qardaş ölkədə təhsil almaq imkanları müzakirə olunub. Həmçinin iki ölkə arasında gələcəkdə imzalanması nəzərdə tutulan qida təhlükəsizliyi, baytarlıq, bitki mühafizəsi və karantini sahələrində əməkdaşlıq üzrə “Saziş” layihələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Səmimi qəbula görə təşəkkür edən türkiyəli qonaq iki ölkə arasında heyvan sağlamlığı, bitki mühafizəsi və karantini, həmçinin qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb və bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini bildirib.

Paylaş »
››› COVİD pasportu ilə bağlı anlaşılmazlıq: Xəstəliyi evdə keçirənlər bunu necə sübut etsin...
››› İki adam üçün bir gecəsi 199 manat... – Azərbaycanda turizm tragikomediyası
››› "İş adamından o qədər rüşvət alırlar ki..." - Deputat
››› Şəhid atası: "Deputat söz verib, amma..." - Fotolar
››› “Yaxşı övlad idi, arzuları çox idi balamın - sevdiyi qız da vardı” - Video
››› "Turan qapısı"nın açılmasını hansı ölkələr dəstəkləyir...
››› Çinin Azərbaycana gəlişindən kim udar, kim uduzar...
Son xəbərlər
Bütün xəbərlər »