Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov Yeni Zelandiyanın yeni səfiri ilə görüşüb
Ceyhun Bayramov

11 iyun 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Yeni Zelandiyanın Azərbaycana yeni təyin edilmiş qeyri-rezident səfiri Vendi Hintonu qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov Vendi Hintonu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycan və Yeni Zelandiya arasında ikitərəfli münasibətlərin inkişafı perspektivlərini qeyd edib və əlaqələrin genişləndirilməsi üçün bütün imkanlardan istifadə edilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir, həmçinin səfir Vendi Hintona münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, azad olunmuş ərazilərdə vəziyyət, mina təhlükəsi və onun doğurduğu fəsadlar, həmçinin azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumat verib.

Səfir Vendi Hinton ölkəsinin bir sıra istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, texnoloji tətbiqlər, su elektrik stansiyaları və digər sahələrində inkişaf etdiyini bildirib, bu və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərini vurğulayıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş »
››› Rusiyanın Qarabağ məsələsində təkbaşına nəzarətinə son qoyuldu
››› Paşinyanın ilk xəritəni təqdim etməsi nəyə hesablanıb: Ərdoğanın NATO-dakı çıxışından çəkindilər
››› Xəritədə göstərilməyən “sürpriz”lərlə qarşılaşma ehtimalı varmı…
››› Tikinti maqnatının kürəkəni “Range-Rover”lə 4 nəfəri öldürüb - Video
››› Umayra Tağıyeva qadınlara müraciət edib
››› Suqovuşanın azad olunmasında iştirak edən qazinin problemi həll edilib
››› Yayda şən istirahətin ən ucuz yolu: Turla səyahət - Fotolar
Son xəbərlər
Bütün xəbərlər »