Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı
Sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxdı

Bir çox ölkədə dövlət əhalinin gəlirləri az olan kəsiminə sosial yardım təqdim edir. Fransa hökuməti də cəmiyyətin sosial baxımından həssas qrupunu yaddan çıxarmır. Amma dövlətin mərhəmətindən istifadə edənlər tapılır.

Bizimyol.info xəbər verir ki, Loryan şəhərində sosial yardım alan ailənin bank hesabından 500 min avro çıxıb. Vergi dairəsi ümumilikdə 45 min avroya sahib çıxan türk ailənin heç də kasıb yaşamadığını müəyyənləşdirib. Onların 11 bank hesabında üst-üstə 500 min avronun olduğu dəqiqləşib.

Fransa hökumətinin yardımlarından biri də effektli həmrəylik gəliri adlanır. Bu, əsasən heç bir gəliri olmayan ailələrə verilir. Türk ailə vergi bəyannamələrində saxtakarlığa yol verərək heç də imkansız olmadığını gizlədib. Bu günlərdə vergi dairəsinin araşdırması təxminən 300 min avroluq əskikliyi ortaya çıxıb. Məhz bu məqamda ailənin bank hesabları diqqət çəkib.

Ailə cəzalandırılıb. Ər 18, arvad 6 ay təxirə salınmış həbs cəzasına məhkum olunub. Bundan başqa, onlar 400 min avro vergi cəriməsini ödəməyə məcbur edilə bilər.

Məhkəmədə ailə günahını boynuna alıb. Ər Almaniyada inşaat biznesiylə məşğul olan qardaşına kömək üçün bu hesabların açıldığını bildirib. Buna baxmayaraq, yenə məqsədin vergidən yayınmaq olduğunu nəzərə alıb.

Son xəbərlər
Bütün xəbərlər »