Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatdan məmurlara sərt ittiham: "Deputatı dinləməyən sadə vətəndaşı dinləyəcəkmi?"
Nazirlər Kabineti

“Lənkərandan 700 nəfər adam qol çəkib ki, kəndin suyu yoxdur. 1,5 kilometr uzunluqda su xətti çəkilməlidir, 3 ildən çoxdur, camaat yalvarır səslərini eşidən yoxdur.

İcra başçısına zəng etmişik, deyir “Azərsu”ya müraciət etmişik, xeyri olmayıb .700 nəfərin içində 4 şəhid ailəsi, 20 qazi var. “Azərsu” rəhbərliyinə məktub yazmışam. Bir ayın tamam olmasını gözləyirəm. Ayın 18-də bir ayı tamam olacaq. Ondan sonra başqa cür reaksiya verəcəm”. Bu fikirləri bizimyol.info-ya deputat Rüfət Quliyev səsləndirib.

Rüfət Quliyev Rüfət Quliyev

“Bizə qarşı bu şəkildə davranılanda biz də aqressiv oluruq. İnsanlar gəlir xahiş edirlər əlimiz yetən qədər həll edirik. Bu bizim şəxsi məsələmiz deyil ki. Hamımız xalq üçün seçilmişik. Pisi dediyimiz kimi yaxşını da deyirik. “Azərqaz”a zəng edirsən dərhal əllərindən gələn köməyi edirlər. Yaxşını deyirik, pisi də deyirik. Mən 4 gündür hökumət nömrəsiylə XİN-in Konsulluq İdarəsinin rəisinə zəng edirəm - hökumət nömrəsiylə . Dəstəyi qaldırmayıblar. Deputatı dinləməyən sadə vətəndaşı dinləyəcəkmi? Bu nə deməkdi. Ya özünü məndən ağıllı sayır, ya da mən bilmirəm bu nədi. Amma Gömrük Komitəsinə zəng vurdum, dərhal rəhbərlik şikayətçini şəxsən özü qəbul etdi. Bizim istədiyimiz nədir?

Vətəndaşların şikayətlərinə baxılsın, hər kəs öz işini görsün, vəzifəsini layiqincə yerinə yetirsin”,- deyə deputat bildirdi.

İlhamə

Paylaş »
››› Düşmən tərəfdən ordumuz haqda maraqlı paylaşım gəldi
››› AVRO-2020: Danimarka – Finlandiya oyunu dayandırılıb
››› Abel Məhərrəmovun restoranının administratoru həbs edilib
››› Paşinyan: Azərbaycan və Rusiya ilə birlikdə Kəlbəcər-Sotk sərhədindəki problemin yekun həllinə yaxınlaşırıq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› 15 erməni Ermənistana təhvil verilib
››› Şəkərli diabet və skleroz xəstələrinin reyestri yaradılacaq
Son xəbərlər
Bütün xəbərlər »