Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Haqları pozulan əlillərə kompensasiya verilsin - Deputat
Haqları pozulan əlillərə kompensasiya verilsin - Deputat

Parlamentin bu gün keçirilən plenar iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı deputatlar əlilliyə görə müainətlərin təyini və onların kəsilməsi ilə bağlı sərt fikirlər səsləndiriblər.

Deputat Əli Məsimli deyib ki, saxta əlilliklər ləğv olunan zamanı araşdırmalara görə təqüdünün verilməsi dayanan şəxslərə kompensasiya verilməlidir: "Elə adamlar var ki, araşdırma prosesi ilə əlaqədar olaraq 3-4 aydır əlillik dərəcəsindən məhrum olub. Deməli, bu gedişlə 1 ilədək onlar əlillik müavinətini almaqdan məhrum olacaqlar. Haqları pozulan insanlara kompensasiya verilməsi məsələsi həll olunsa, bu sahədəki narazılıqlar xeyli dərəcədə aradan qalxar”.

Əli Məsimli - Deputat Əli Məsimli

Deputat Siyavuş Novruzov bildirib ki, Avropa standartlarına uyğun qanun qəbul ediriksə, əhalimizin buna hazırlığını da nəzərə almalıyıq".

Deputat deyib ki, 20 yanvar, Qarabağ şəhidləri, Çernobıl əlilləri və digər kateqoriyaya məxsus olan insanlara münasibət eyni olmalıdır.

“Müharibə veteranlarına 80 manat kommunal xərclərin ödənməsi üçün müavinət verilirdi. Mən təklif edirəm ki, bu məbləği Çernobul əlillərinə verilən məbləğə -130 manata uyğunlaşdırılsın. Beləcə biz 100 min veteran və qazilərin kommunal problemini həll edə bilərik”,- deyə o qeyd edib.

Siyavuş Novruzov Siyavuş Novruzov

O həmçinin yollarda və tikinti şirkətlərində bvaş verən qəzalar səbəbilə də əlillərin sayının artdığını deyib: “Heç bir Avropa ölkəsində belə hal yoxdur. Tikinti şirkətləri müqaviləsiz işə cəlb etdikləri işçilərin təhlükəsizliyinə də ciddi yanaşmır. Bu məsələlərin hamısını ümumiləşdirib sosial təminatı əhatə edən qanun qəbul edə bilərik”.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »