Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əlilliklə bağlı yeni qaydalara səs verməyəcəyik.., böyük problemlər yarada bilər” - Deputatlar
“Əlilliklə bağlı yeni qaydalara səs verməyəcəyik.., böyük problemlər yarada bilər” - Deputatlar
Milli Məclisin bu gün keçirilən plenar iclasında  deputat Aydın Mirzəzadə maraqlı təklif irəli sürüb. O pensiya yaşına az qalmış işdən çıxarılan vətəndaşların sosial təminatı naminə onları vaxtından qabaq təqaüdə göndərməyi təklif edib:

"Müəyyən səbəblərdən pensiya yaşına bir neçə il qalmış insanlar işini itirir. Yaşları çox olduğundan işgötürənlər onları işə götürmür və onlar iş tapa bilmirlər. Bu problem hansısa formada həllini tapmalıdır. Bəlkə bu insanlara hansısa miqdarda pensiya verilsin, yaxud da məsələ hansısa formada həllini tapmalıdır. Bu insanların da hüquqları var və onlar təmin olunmalıdır ".

Milli Məclisin növbəti plenar iclası keçirilib Milli Məclis

Deputat Qüdrət Həsənquliyev qeyd edib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında"qanun layihəsi ilə yanaşı, maliyyə əsaslandırılması da təqdim olunsa, yaxşı olardı:

“Bu qanunun qəbul edilməsi ilə əlillərin sayı artacaq, yoxsa azalacaq, öncə bunu bilməliyik.  Real vəziyyətin nədən ibarət olacağı və nəyə səs verəcəyimizi bilməliyik. Bir çox həmkarlar qanun layihəsini mütərəqqi layihə kimi təqdim edir. Məlum olur ki, əmək qabiliyyətini 31-60 faizə qədər itirənlər I, 61-80 faiz itirənlər II, 80 faizdən 100 faizə qədər itirənlər I qrup əlil adlandırılacaq. Biz bilmirik ki, II qrup əlillik almaq üçün vətəndaş əməl qabiliyyətinin neçə faizini itirməlidir”.

Deputat Sabir Rüstəmxanlı da pensiya, sosial müavinətlərin müəyyən olunmasındakı çatışmazlıq, hüquq pozuntuların olmasını əsas gətirərək "Əlilliyi olan şəxslərin hüquqları haqqında"qanuna təklif edilən dəyişikliyə səs verməyəcəyini söyləyib. O pensiya yaşının aşağı salınmasını təklif edib.

“Əhalimizin 7 faizi 65 yaşından yuxarıdır. Başqa sözlə, 7 faiz əhalimiz pensiya alır. Bu onu göstərir ki, orta ömür aşağıdır. Deməli, pensiya yaşını aşağı salmaq lazımdır".

Deputat Aqil Abbas da "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinə edilən dəyişikliklərə  səs verməyəcəyini bildirib  və həmkarlarını tənqid edib.

“Deputat həmkarlarımı anlaya bilmirəm. Qanunun müzakirəsi zamanı tənqidi fikir bildirirlər, amma sonda mütərəqqi qanun olduğunu və səs verəcəklərini deyirlər".

Deputat Vahid Əhmədov da layihəyə etirazını bildirib: “Nazir şəxsən özü gəlsin, məruzə etsin. Bu qanun Azərbaycanda çox böyük problemlər yarada bilər.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »