Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Türkiyənin Qafqazda möhkəmlənməsinə dəstək verəcək
Co Bayden və Rəcəb Tayyib Ərdoğan

“Co Bayden Ağ Evə gəldikdən sonra adminstrasiyanın Cənubi Qafqazla bağlı siyasəti müəyyənləşməmişdi. D.Tramp prezidentliyi regionla bağlı dönəmində boşluqlar yaranmışdı. Bu da müəyyən dərəcədə müsbət nəticələndi. Məhz Qarabağ qələbəmizdən sonra yeni bir nizamın formalaşması, Azərbaycan və Türkiyə tandeminin önə çıxması, bu prosesdə Rusiyanın da regionda aktivliyi Vaşinqtonun regionla bağlı strategiyasında yeni bir dəyişikliyə və aktivliyə yol açdı”.

Bu fikirləri Bizimyol.info-ya açıqlaması zamanı siyasi şərhçi Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazda inkişaf edən siyasi-hərbi planlarına qarşı ABŞ-ın təkbaşına mübarizə aparması xeyli dərəcədə çətin görünür.

“Məhz Bayden Putin görüşündə Cənubi Qafqazda post-müharibə dövründə cərəyan edən, Ermənistan Azərbaycan arasında yaşanan gərginliklər müzakirə edilsə də, tərəflərin regionla bağlı siyasətində diametral fərqlilik qalacaq. Çünki Vaşinqtonun Rusiyanın regionda güclənməsini qəbul etməsi özünün Gürcüstan və Ermənistandakı siyasətinə ciddi zərbə vurur. ABŞ-ın məhz bu məsələdə Türkiyə amilindən istifadə edərək Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətmək siyasətinə üstünlük verməsi gözlənilir. Belə ki, ABŞ dövlət katibi köməkçisinin regiona səfəri məhz bu planın tərkib hissəsidir”.

Şərhçinin sözlərinə görə, ABŞ Türkiyə vasitəsilə Cənubi Qafqaz, Mərkəzi Asiya və Əfqanıstan siyasətində yeni bir strateji xətt ortaya qoymaqdadır.

“İsveçrədə C.Bayden və R.T.Ərdoğanın görüşündə bu kontekstdə danışıqlar aparılacağı və razılaşmalar əldə ediləcəyi istisna deyil. Əsasən, cənab Ərdoğanın Şuşaya gəlişi və buradan verəcəyi mesajlar Türkiyənin regional gücünü ortaya qoymuş olacaq və ABŞ da bu məsələdə onunla həmrəy olacaq. Regionda ciddi dəyişikliklər gözlənilir və baş verənələr Azərbaycana müsbət perspektivlər vəd edir. Buna baxmayaraq, Rusiya Qarabağda öz məsuliyyət zonasında situasiyanı gərginləşdirə, hətta separatçıların əli ilə atəşkəsi poza bilər. Bu da Azərbaycanın əlavə dividendlər əldə etməsinə gətirib çıxara bilər. Ümumiyyətlə, ABŞ regiona Türkiyə vasitəsilə daxil olur. Hazırkı müstəvidə bu Azərbaycanın maraqlarına uyğundur”.

Qeyd edək ki, son günlər Ermənistan mətbuatında da ABŞ-ın Qarabağ məsələsində gizli şəkildə Türkiyə ilə həmrəy olduğu barədə yazıar yer alır. Ermənistan politoloqlarının fikrincə, ABŞ Türkiyənin Qafqazda Rusiyaya qarşı güc ortaya qoyması üçün lazım olan bütün dəstəyi verəcək.

Leyla Mirzə

Paylaş »
››› Tovuza növbəti hücumun pərdəarxası: Rusiya Koçaryanı Qarabağda “prezident” etmək istəyir
››› Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır
››› Ermənistanın hücum cəhdi: Rusiya yeni münaqişə ocağı yaratmaq istəyir
››› Anar Məmmədova polis general-mayoru rütbəsi verilib
››› Azərbaycanlı prodüser iş yerində ölüb
››› PKK-nı bitirmək planı: "Azərbaycan Türkiyəyə dəstək verəcək"
››› MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəsmi açılış mərasimi baş tutub
Son xəbərlər
Bütün xəbərlər »