Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda təhlükəli çimərliklər var - Foto
Bakıda təhlükəli çimərliklər var - Foto

Bakıda təhlükəli çiməliklər mövcuddur. Qadağaların olmasına baxmayaraq, bura hər il minlərlə insan istirahətə gəlir.

"Bakıda Nardaran və Bilgəh qəsəbələri arasında 12-ci dalan adlanan yerdə olan çimərlik təhlükəli çimərlikdir. Bura el arasında “rus çimərliyi” kimi tanınır. Eləcə də, Şüvəlan qəsəbəsində “Milqaya” adlanan ərazi, Sabunçu rayonu Ləyiş bağları ərazisində “Estakada” adlanan çimərlik təhlükəli çimərlikdir". Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili Bizimyol.info saytına açıqlama verib. O, bildirib ki, təhlükəli ərazi kimi qeyd olunan yerlərdə sualtı axınların sürəti normadan artıqdır:

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili Aqşin Əlili

“Sualtı axınların sürəti 5 metr saniyədən çox olduğu zaman artıq bu təhlükəli hesab edilir. Bu ərazilərdə sualtı axınlar çoxdur. Sualtı relyef qayalıqlardan ibarətdir. Burada çoxlu çuxurlar və yarğanlar var ki, insan həyatı üçün təhlükəlidir”.

A.Əlili qeyd edilib ki, adıçəkilən təhlükəli ərazilərdə xüsusi lövhələr yerləşdirilib. Buna baxmayaraq, bəzi vətəndaşlar bu tələblərə əhəmiyyət vermir, bu təhlükəli ərazilərdən istifadə edir. Bu isə, sonda bədbəxt hadisələrlə nəticələnir.

çimərlik

Şöbə rəisi əlavə edib ki, Bakı, Abşeron və Sumqayıt şəhəri ilə yanaşı ölkənin digər şəhər və rayonlarında təhlükəsizlik tədbirləri görülən məntəqələr var. Xaçmaz, Mingəçevir, Şirvan, Sabirabad və s. rayon və şəhərlərdə məntəqələr fəaliyyət göstərir.

“Bəzən vətəndaşlar su tutarlarından, strateji obyektlərdən çimərlik məqsədilə istifadə edirlər. Həmin vətəndaşlara müraciət edərək, bildirmək istəyirik ki, həmin su tutarları çimərlik üçün nəzərdə tutulmayıb. Suvarma və içməli su üçün nəzərdə tutulan anbarlar var. Bunların təyinatı başqadır. Bunu vətəndaşlar bilməlidir”- deyə o qeyd edib.

Xatırladaq ki, çimərliklərdən istifadə səhər 9.00-dan axşam 20.00-ə qədər nəzərdə tutulub. Vətəndaşların nəzərinə çatdırılır ki, qeyd olunan saatlardan əvvəl və sonra suya girməsinlər. Axşam saatlarında aydın görüntü olmadığı üçün çətinlik yaranır. Eyni zamanda qanunverciliyə görə, kiçik həcmli gəmilərin hərəkətinə günün işıqlı vaxtı icazə verilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »